Yuxarı

Tarixində ilk, Azərbaycanda 4-cü...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tarixində ilk, Azərbaycanda 4-cü...

Xəbər verdiyimiz kimi, “Sabah” tarixində ilk dəfə avrokubokların liqa mərhələsinə vəsiqəni təmin edib.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən sonra rəsmiləşib.

Finlandiyanın “KuPS” klubunu mübarizədən kənarlaşdıran (1:0, 2:0) Azərbaycan çempionu 3-cü təsnifat mərhələsinə yüksəlib. Bununla da paytaxt təmsilçisi qitə kuboklarından birinin liqa mərhələsində yerini təmin edib. Komandanın UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və ya UEFA Konfrans Liqasında oynayacağı növbəti iki mərhələdən sonra dəqiqləşəcək.

PFL-in yaydığı məlumata görə, qitə miqyaslı turnirlərdə 2023/24 mövsümündə debüt edən “Sabah” buna avrokuboklardakı 4-cü mövsümündə nail olub. “Sabah” Azərbaycan futbolu tarixinə qitə kuboklarında əsas mərhələyə yüksələn 4-cü komanda kimi düşüb. Bunadək üç komanda - “Neftçi”, “Qarabağ” və “Qəbələ” ümumilikdə 15 dəfə belə uğura imza atıb.

“Neftçi” – 1 dəfə

UEFA Avropa Liqası – 2012/13

“Qarabağ” – 12 dəfə

UEFA Avropa Liqası – 2014/15

UEFA Avropa Liqası – 2015/16

UEFA Avropa Liqası – 2016/17

UEFA Çempionlar Liqası – 2017/18

UEFA Avropa Liqası – 2018/19

UEFA Avropa Liqası – 2019/20

UEFA Avropa Liqası – 2020/21

UEFA Konfrans Liqası – 2021/22

UEFA Avropa Liqası – 2022/23

UEFA Avropa Liqası – 2023/24

UEFA Avropa Liqası – 2024/25

UEFA Çempionlar Liqası – 2025/26

“Qəbələ” – 2 dəfə

UEFA Avropa Liqası – 2015/16

UEFA Avropa Liqası – 2016/17

“Sabah” – 1 dəfə

Avrokuboklar - 2026/27

Tarix
2026.07.29 / 00:48
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla