Yuxarı

Rusiyalı diplomat AB-yə çağırıldı: PUA insidenti

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyalı diplomat AB-yə çağırıldı: PUA insidenti

Avropa Birliyi (AB) pilotsuz uçuş aparatlarının Rumıniyanın hava məkanını pozması ilə bağlı Rusiyanın Brüsseldəki müvəqqəti işlər vəkilini bu qurumun institutlarına çağırıb.

Axar.az xəbər verir ki, bu barədə Rumıniyanın "Știrile Pro TV" xəbər portalı məlumat yayıb.

Məlumata görə, Avropa Xarici Fəaliyyət Xidməti baş vermiş insidenti AB-yə üzv dövlətin suverenliyinin və hava məkanının qəbuledilməz şəkildə pozulması kimi qiymətləndirib. AB rəsmiləri Rusiya tərəfinə etirazlarını çatdıraraq, bu cür hərəkətlərin Avropanın təhlükəsizliyi üçün ciddi risk yaratdığını bildiriblər.

Məlumata görə, diplomatik addım ötən həftə Rumıniyanın hava məkanına Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının daxil olması ilə bağlı baş vermiş hadisələrdən sonra atılıb.

Rumıniyanın Xarici İşlər Nazirliyi də bundan əvvəl Rusiyanın Buxarestdəki səfirini nazirliyə çağıraraq etiraz notası təqdim edib və Rusiya diplomatik missiyasının bir əməkdaşını "persona non qrata" elan edib.

Tarix
2026.07.28 / 23:52
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla