Yuxarı

Dambrauskas "Sabah"ın tarixi uğurundan danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dambrauskas "Sabah"ın tarixi uğurundan danışdı

"Sabah" klubunun baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" komandasına qarşı keçirilən cavab oyunundan sonra komandasının tarixi uğura imza atdığını bildirib.

Axar.az xəbər verir ki, litvalı mütəxəssis mətbuat konfransında çıxış edərək komandasını, klub rəhbərliyini, azarkeşləri və Azərbaycan futbol ictimaiyyətini təbrik edib.

"Azərbaycan təmsilçisinin avrokubokların əsas mərhələsinə vəsiqə qazanması tarixi uğurdur. Çox çətin iki oyundan sonra bunu bacardığımız üçün fəxr edirəm. "KuPS"un azarkeşlərini də təbrik edirəm. Onlar da komandaları ilə fəxr edə bilərlər", – deyə baş məşqçi vurğulayıb.

Valdas Dambrauskas ilk hissədə rəqibin daha üstün təsir bağışladığını qeyd edib: "İlk oyunda 1:0 hesabı ilə qalib gəlsək də, rəqib bu görüşə yaxşı hazırlaşmışdı. Birinci hissədə üstün oynadılar. Fasilədə futbolçularla söhbət etdik, lazımi düzəlişləri etdik və onlar tapşırıqları dəqiq yerinə yetirdilər. İkinci hissədə üstünlüyü ələ aldıq, qol vurduqdan sonra isə oyuna tam nəzarət etdik. İki oyunun yekununa əsasən növbəti mərhələyə yüksəldiyimiz üçün çox şadam".

Baş məşqçi komandanın artıq növbəti mərhələyə hazırlaşacağını da bildirib: "Bu gecə Bakıya qayıdırıq və qarşıdakı həftə keçiriləcək oyuna hazırlaşacağıq. Avrokuboklarda mübarizə böyük güc və maksimum hazırlıq tələb edir".

Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın KuPS komandasını iki oyunun nəticəsinə əsasən 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. Bununla da Bakı təmsilçisi ən azı UEFA Konfrans Liqasının əsas mərhələsində iştirakını təmin edib.

Tarix
2026.07.28 / 21:31
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla