Yuxarı

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Səhiyyə naziri Teymur Musayev süni intellektin tibb sahəsində tətbiqinin səhiyyədə yeni imkanlar yaratdığını bildirib.

Axar.az xəbər verir ki, bu barədə o, Azərbaycan Televiziyasının “Hədəf” proqramına və Trend Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində danışıb.

T.Musayev bildirib ki, robotik cərrahiyyə Azərbaycanda və regionda ilk dəfə Milli Onkologiya Mərkəzində həyata keçirilib. Əməliyyat Azərbaycan və Çində olan cərrahların birgə iştirakı ilə icra olunub ki, bu da səhiyyədə yeni mərhələnin başlanğıcıdır.

Nazir qeyd edib ki, bu dəyişikliklərə uyğun yeni nəsil tibb işçilərinin hazırlanması vacibdir. Bu məqsədlə tibb universitetləri və kolleclərində informasiya texnologiyaları üzrə biliklərin artırılması, eləcə də beynəlxalq əməkdaşlıq çərçivəsində ikili təhsil və elmi-tədqiqat proqramlarının genişləndirilməsi istiqamətində iş aparılır.

Teymur Musayev vurğulayıb ki, süni intellekt düzgün tətbiq edildiyi halda tibbi xidmətlərin keyfiyyətini, təhlükəsizliyini və effektivliyini əhəmiyyətli dərəcədə artıracaq.

“Süni intellekt mükəmməlləşməyə doğru gedən bir alətdir. Bu alətin düzgün istifadəsi əhaliyə göstərilən tibb xidmətinin keyfiyyətini, sağlamlığın qorunması naminə tətbiq olunan müalicə üsullarının və digər tədbirlərin güvənli və təhlükəsiz olmasını təmin edən bir vasitədir. Eyni zamanda, bu, bizdən böyük məsuliyyət tələb edən bir alətdir. Ona görə ki, hər birimiz insan faktorunu inkar etməməliyik. Düşünürəm ki, insan təması, hər bir insanın insana etibar etməsi – insanın daxilində olan bir inamdır. Nə vaxtsa ola bilsin ki, süni intellekt o səviyyədə olacaq ki, onun davranışları artıq ciddi şəkildə hüquqi və etik çərçivələrə salınmalı olacaq. Bu da qaçılmazdır. Bu baxımdan, bu gün müzakirə etdiyimiz sahə bəlkə də ən birinci… Ola bilsin, digər tərəfi də elə təhsildir. Bu iki sahə məcburi şəkildə bu məsələyə çox ciddi yanaşmalıdır. Hər bir ölkənin öz mədəniyyəti var, irsi var, adət-ənənəsi var, etik davranış normaları var. Onların özünəməxsus xüsusiyyətləri var. Mən demirəm ki, biz dəyişmirik, qloballaşma gedir, aydındır. Amma bu xüsusiyyətləri də qorumaq lazımdır. Tibb xidmətlərinə gəldikdə isə, yenə deyirəm, bu, unikal bir alətdir. Düzgün tətbiq edildiyi halda, düşünürəm ki, misilsiz imkanlar açır. Və biz buna açıq olmalıyıq”, – nazir əlavə edib.

Tarix
2026.07.28 / 23:24
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla