Yuxarı

Enerji böhranı: Avropa yeni risklərlə üz-üzə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Enerji böhranı: Avropa yeni risklərlə üz-üzə...

Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan strateji infrastrukturun geosiyasi gərginliyin artması fonunda yeni risklərlə üzləşdiyi bildirilir.

Axar.az xəbər verir ki, Rumıniya mediasının məlumatına görə, Yaxın Şərqdə baş verən hadisələri izləyən bəzi iranmeyilli Teleqram kanallarında Avropanın enerji təminatı üçün mühüm əhəmiyyət daşıyan bir sıra obyektlərin yer aldığı iddia edilən hədəf siyahısı yayılıb. Bununla belə, sözügedən məlumat nə İranın rəsmi qurumları, nə də müstəqil beynəlxalq mənbələr tərəfindən təsdiqlənib. Nəşr vurğulayır ki, söhbət təsdiqlənməmiş məlumatlardan gedir və hər hansı rəsmi sənədin mövcudluğu barədə sübut yoxdur.

Məqalədə qeyd olunur ki, yayılan siyahıda Avropa Birliyinin 2022-ci ildən sonra Rusiya enerji resurslarından asılılığını azaltmaq məqsədilə inkişaf etdirdiyi əsas enerji layihələri yer alır. Bunlara Azərbaycan qazını Gürcüstan və Türkiyə üzərindən Avropaya nəql edən Cənub Qaz Dəhlizi, Xəzər neftinin dünya bazarlarına çıxarılmasında mühüm rol oynayan Bakı–Tiflis–Ceyhan neft kəməri, Azərbaycanın "Şahdəniz" və "Azəri-Çıraq-Günəşli" yataqları, İsrailin "Leviathan", Misirin "Zöhr" və Kiprin "Kronos" qaz yataqları daxildir.

Bundan başqa, siyahıda Yunanıstanın Revithoussa və Aleksandrupolis mayeləşdirilmiş təbii qaz terminalları, Misirin İdku və Damietta LNG kompleksləri, eləcə də Omanda Avropa investorlarının iştirakı ilə həyata keçirilən yaşıl hidrogen layihələri də qeyd edilir. Nəşrin yazdığına görə, son illərdə Avropa Birliyi məhz bu infrastruktur layihələrinə böyük həcmdə investisiyalar yönəldərək enerji mənbələrinin şaxələndirilməsini sürətləndirib.

Məqalədə vurğulanır ki, siyahının həqiqiliyi təsdiqlənməsə də, onun yayılması Avropanın enerji infrastrukturunun geosiyasi qarşıdurmalarda strateji əhəmiyyətini bir daha nümayiş etdirir. Rusiya-Ukrayna müharibəsindən sonra Avropa Birliyi enerji marşrutlarını diversifikasiya edib, mayeləşdirilmiş təbii qaz terminallarının sayını artırıb və alternativ təchizat mənbələrinə böyük sərmayələr yatırıb. Bu dəyişikliklər enerji obyektlərini təkcə iqtisadi deyil, həm də təhlükəsizlik baxımından strateji əhəmiyyətli hədəflərə çevirib.

Tarix
2026.07.29 / 00:27
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla