Yuxarı

Putin iki türk ölkəsi ilə bağlı əmr verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin iki türk ölkəsi ilə bağlı əmr verdi

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan və Özbəkistanla hərbi-texniki əməkdaşlıq haqqında mövcud müqavilələrdə dəyişikliklər edilməsi ilə bağlı danışıqlara başlanılmasını əmr edib.

Axar.az xəbər verir ki, müvafiq sərəncamlar Rusiyanın hüquqi aktlar portalında dərc edilib.

Rusiya 2013-cü ilin dekabrında Qazaxıstanla hərbi-texniki əməkdaşlıq haqqında müqavilə imzalayıb, sənəd 2015-ci ildə təsdiqlənib. Özbəkistanla da oxşar müqavilə 2016-cı ilin noyabr ayında imzalanıb. Müqavilələr silah və hərbi texnikanın tədarükünü, hərbi məhsulların mübadiləsini, texnologiya və texniki sənədlərin ötürülməsini nəzərdə tutur.

Əməkdaşlıq çərçivəsində Qazaxıstan son illərdə Rusiyadan Su-30SM qırıcıları (2022-ci ilə qədər onların sayı 20 ədədə çatıb), Mi-171 və Mi-35M helikopterləri, Buk-M2E zenit-raket sistemləri, eləcə də BTR-80 və BTR-82A zirehli transportyorları alıb. 2015-ci ildə Moskva vahid regional hava hücumundan müdafiə sisteminin yaradılması çərçivəsində Astanaya beş S-300PS zenit-raket sistemini pulsuz olaraq təhvil verib.

2017-2019-cu illərdə ölkə dövlət ixrac krediti hesabına təchiz edilmiş 12 ədəd Mi-35M hücum helikopteri alıb. Bundan əlavə, respublika təxminən 30 MiQ-29 qırıcısını modernləşdirib. Moskva və Daşkənd həmçinin Su-30SM qırıcıları, Sopka-2 radar kompleksi və Peçora-2M zenit-raket sistemləri üçün avadanlıqların mümkün tədarükü məsələsini də müzakirə ediblər.

Qazaxıstan, Özbəkistandan fərqli olaraq, ikitərəfli hərbi-texniki əməkdaşlığı daha geniş kollektiv müdafiə mexanizmləri ilə əlaqələndirən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Özbəkistanla iki ölkənin hava qüvvələri və hava hücumundan müdafiə qüvvələrinin birgə istifadəsi ilə bağlı ayrıca bir müqavilə mövcuddur.

Tarix
2026.07.28 / 22:50
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla