Yuxarı

Lukaşenkoya Ukraynadan "sürpriz": Cinayət işi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lukaşenkoya Ukraynadan "sürpriz": Cinayət işi...

Ukrayna Prezidenti Vladimir Zelenskinin Ofisi respublikanın Baş prokuroruna Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı cinayət işinin qaldırılması məsələsinə baxılması təklifi ilə müraciət edib.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, Ukrayna Prezidentinin ofisi bununla müxalifətçilərin Belarus Demokratik Qüvvələri Forumunun müraciətinə reaksiya verib.

Həmin forum may ayında Zelenskidən Lukaşenkonun "hərbi cinayətlər və dövlət terroru"na görə məsuliyyətə cəlb edilməsinə nail olmağı xahiş etmişdi.

Hazırda Belarus prezidentinin Ukrayna məhkəməsi qarşısına çıxacağı ilə bağlı heç bir perspektiv yoxdur, lakin ona qarşı istənilən ittiham Kiyev və Belarus müxalifəti tərəfindən Qərbin ona təzyiq göstərməyə davam etməsi üçün arqument qismində istifadə oluna bilər.

İyunun 25-də Lukaşenko bildirmişdi ki, bu yaxınlarda Minskdə Ukrayna Prezidenti Vladimir Zelenskinin nümayəndələri ilə görüş keçirib. Belarus liderinin sözlərinə görə, o, həmin şəxslərdən xahiş edib ki, Ukrayna rəhbərinə Minskin münaqişəyə cəlb olunacağı təqdirdə "müharibənin keyfiyyətinin dərhal dəyişəcəyini" çatdırsınlar.

Tarix
2026.07.28 / 21:52
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla