Yuxarı

1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?

Yumurtanın 1-2 qəpiyə satıldığı dövrün ardından son günlər bəzi marketlərdə məhsulun qiymətinin bahalaşdığı ilə bağlı məlumatlar yayılıb.

Axar.az Cebheinfo-ya istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolarda “kənd yumurtası” adı ilə satılan məhsulların 36-38 qəpiyə, ağ yumurtaların isə 28 qəpiyə təklif edildiyi görünür.

Bu isə istehlakçılar arasında bazarda həqiqətən qiymət artımının baş verib-vermədiyi ilə bağlı suallar yaradıb.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, sosial şəbəkələrdə yumurtanın bahalaşması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir:

“Hazırda bazarda sənaye üsulu ilə istehsal olunan yumurtanın qiymətində artım müşahidə olunmur. Bu gün səhər saatlarında apardığım müşahidələr zamanı “Araz” marketlər şəbəkəsində yumurtanın 13-15 qəpiyə, digər marketlərdə isə 15-17 qəpiyə satıldığını müəyyən etdim.

Hazırda ölkədə yumurta istehsalı daxili tələbatı ödəmək üçün kifayət qədərdir. Bundan əlavə, anbarlarda da ehtiyat məhsul var. Bu səbəbdən yaxın dövrdə yumurtanın qiymətinin bahalaşması üçün hər hansı əsas görünmür. Eyni zamanda, yumurtanın maya dəyərinə təsir edən əsas amillərdə də artım qeydə alınmayıb.

Xüsusilə, istehsalda mühüm yer tutan yemin qiyməti sabit qalıb. Ümumilikdə isə hazırkı vəziyyətdə yumurtanın qiymətinin artmasına səbəb ola biləcək iqtisadi və ya istehsal amili müşahidə edilmir”.

Tarix
2026.07.28 / 21:11
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi...

Papikyandan Nəsimi Musayevlə bağlı mühüm açıqlama

Ermənistan Azərbaycana “jest” edə bilər - Xudoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla