Yuxarı

Bakıda kişi 24 yaşlı sevgilisini belə bıçaqladı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda kişi 24 yaşlı sevgilisini belə bıçaqladı - Video

10:53

Xəzər rayonun Binə qəsəbəsində qətl hadisəsi baş verib.

Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə oktyabrın 6-da saat 21 radələrində Binə qəsəbəsi Ə.İsazadə küçəsində qeydə alınıb.

Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Museyib Əhmədov arvadı 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarət yetirib.

F.Rəhmənzadə xəstəxanaya yerləşdirilib və orada ölüb.

M.Əhmədov polis əməkdaşları tərəfindən tutulub.

Araşdırma aparılır.

***

Bakının Xəzər rayonunda 24 yaşlı Fatimə Rəhmanzadənin keçmiş sevgilisi tərəfindən qətlə yetirilməsi ilə bağlı təfərrüat məlum olub.

Modern.az-ın əldə etdiyi məlumata görə, cinayəti törədən 1986-cı il təvəllüdlü Müseyib Əhmədov hadisədən öncə sosial şəbəkə hesabında açıq-aşkar təhdid və intiqam mesajları paylaşıb.

Şübhəlinin sosial mediadakı paylaşımlarında "Mən də səni vuracam belə, mən onsuz da sənə demişdim, özün məni məcbur elədin", "Can almasam, can vermərəm...", "Düz sözdü, namusu belə təmizləmək lazımdı" və "Son gün, az qalıb, inşallah intiqamımı alacam" kimi ifadələr yer alıb. Bu paylaşımlar cinayətin öncədən planlaşdırıldığını nümayiş etdirir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq tədbirləri aparılır.

Qeyd edək ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. İki il əvvəl ailəsindən boşanan Müseyib Əhmədov bir müddət sevgili olduğu Fatimə Rəhmanzadə ilə mübahisə etdikdən sonra ayrılıblar. Dünən axşam saatlarında qadının işlədiyi kafenin yaxınlığında onunla qarşılaşan Müseyib Fatimənin münasibəti bərpa etmək istəməməsinə görə üzərində gəzdirdiyi bıçaqla ona çoxsaylı xəsarətlər yetirib. Zərərçəkən xəstəxanada dünyasını dəyişib.

Tarix
2026.10.07 / 16:59
Müəllif
Axar.az
Digər xəbərlər

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla