Yuxarı

SOCAR-AQŞ-nin 54 milyonluq mənimsəmə işində yeni qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR-AQŞ-nin 54 milyonluq mənimsəmə işində yeni qərar

SOCAR-AQŞ MMC-nin 54 milyon mənimsəmədə ittiham olunan sabiq baş direktoru Ramin İsayevin kassasiya şikayətinə baxılıb.

Axar.az xəbər verir ki, Ali Məhkəmədə hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Şikayət təmin olunmayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.İsayev 14 il azadlıqdan məhrumetmə cəzası alıb.

Eyni zamanda 4 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilib.

Xatırladaq ki, Ramin İsayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ona qarşı 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) maddəsi ilə əlavə ittiham verilib. İş üzrə 54 milyon manat ziyan müəyyən edilib.

R.İsayevin Harvard Universitetinin məzunu olduğu bildirilir.

Tarix
2026.10.07 / 16:54
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla