Yuxarı

Ukrayna XİN rəhbəri Arakçıya zəng etdi - Təcili

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna XİN rəhbəri Arakçıya zəng etdi - Təcili

Mən İranın xarici işlər naziri Abbas Arakçı ilə səmimi söhbət üçün zəng etdim. Diplomatiya, hətta çətin olsa belə, birbaşa dialoq deməkdir.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkə hesabında yazıb.

“Məqsədimizin lazımsız eskalasiyanın qarşısını almaq olduğunu vurğuladım. Təsdiqlədim ki, bütün Ukrayna hərəkətləri yalnız ölkəmizi Rusiyanın təcavüzündən qorumağa yönəlib və heç vaxt mülki gəmilərə və ya insanlara qarşı deyil. Bu, İranın son hadisədə hədəfə alınan mülki gəmi ilə bağlı açıqlamalarına da aiddir. Məqsədimiz bütün hadisələrin əsas səbəbi olan Rusiya təcavüzünə qarşı çıxmaqdır və bütün təxribatlar və itkilərə görə Rusiya tam məsuliyyət daşıyır. Eskalasiyaya doğru hər hansı bir addımdan çəkinməyin və Rusiyanın Ukraynaya qarşı müharibəsinə bütün dəstəyi dayandırmağın vacibliyini vurğuladım. Bu müharibə qanunsuzdur və bitməlidir. Bizim mövqeyimiz dəyişməz olaraq qalır: Avropa və Yaxın Şərq sabitliyə, təhlükəsizliyə və sülhə layiqdir”, - Sibiqa bildirib.

Qeyd edək ki, Ukrayna Rusiya və İran arasında silah daşınması ilə məşğul olan İran yük gəmisini Xəzər dənizində vurub. Nəticədə bir nəfər öıüb, 2 nəfər yaralanıb. İran buna kəskin etiraz edib və nəticəsi ilə bağlı Ukraynanı hədələyib.

Bəzi mənbələr İranın Ukraynaya zərbəyə hazırlaşdığı haqda iddia da səsləndirib.

Tarix
2026.07.28 / 22:07
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla