Yuxarı

Prezidentin Avropa Zirvəsi: Bakı-Brüssel xəttində yeni mərhələ

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı Azərbaycanın Avropa Birliyi ilə münasibətlərində yeni mərhələnin başlanğıcı, daha dəqiq desək, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın qaldığı yerdən davam etməsi hesab oluna bilər. Bakı-Brüssel xəttində münasibətlərin səviyyəsi həmişə yüksək olması ilə seçilib, lakin son dövrlər, xüsusilə Qarabağda suverenliyimizin bərpa edilməsi prosesində AB rəhbərliyində təmsil olunanların Azərbaycana qarşı ədalətsiz yanaşmalar sərgiləməsi problemlərin yaranmasına səbəb olmuşdu. Bu problemlər iki amildən qaynaqlanırdı.

Birincisi, Ermənistan regionda AB ilə münasibətləri inhisara almağa, Bakı-Brüssel xəttində çatlar yaratmağa çalışırdı.

İkincisi, AB-nin əvvəlki administrasiyası bu siyasətə dəstək verirdi, misal üçün, xarici siyasət idarəsinin rəhbəri Cozef Borrell anti-Azərbaycan siaysətində erməni diasporu/lobbisinin aparıcı fiquruna çevrilmişdi.

AB rəhbərliyi Cənubi Qafqazda Ermənistana birtərəfli dəstək verməklə yanlış “ata oynayır”, hesab edirdilər ki, təzyiq-təhdid strategiyası ilə Azərbaycanı geri addım atmağa, “idarəolunan ölkə” rolunu qəbul etməyə məcbur edə biləcəklər. Misal üçün, AB-nin əvvəlki rəhbərliyində təmsil olunanlar Azərbaycandan Qarabağdakı qondarma “rejimi” qəbul etməyi, eyni zamanda, Ermənistanla sülh danışıqlarının ermənilərin maraqlarına uyğun şəkildə aparılmasını istəyir, hətta bunun üçün rəsmi Bakıya təzyiqlər də edirdilər. Lakin İlham Əliyev faktorunu, məsələ milli maraqları olanda Azərbaycan liderinin qətiyyətli mövqeyini heç bir gücün dəyişdirmək iqtidarında olmadığını unutmuşdular.

Prezident İlham Əliyev AB rəhbərliyində erməni lobbisinə yaxın şəxslərdən qaynaqlanan bu siyasət qarşısında oyundəyişdirici gedişlər etdi.

a) Cənubi Qafqazda proseslərə nəzarəti gücləndirməklə Azərbaycan-Ermənistan danışıqları üzərindən bölgəyə müdaxilə cəhdlərinin qarşısını aldı: Bakı-İrəvan xəttində ikitərəfli formatın yaradılması burada əsas amillərdəndir;

b) AB-nin regionun siyasətində təsir rıçaqlarını sıradan çıxarmaqla Brüsselin yanlış siyasətinin öz maraqlarına zərbə vurduğunu göstərdi:

c) Şərq və Asiya istiqamətində çoxvektorlu siyasət qurmaqla Azərbaycanın strateji qiymətini daha da yüksəltdi: Çinlə münasibətlərin inkişafı, Mərkəzi Asiya və Yaxın Şərqdə Bakının aktiv rol alması bu strategiyada əsas həmlələrdəndir;

Milli maraqların müdafiəsində qətiyyətli mövqeyindən geri çəkilməyən Prezident İlham Əliyev göstərdi ki, təkcə Cənubi Qafqazda yox, həm də bütövlükdə Asiya coğrafiyasında təmsil olunmağın yolu Azərbaycanla hesablaşmadan keçir. Bu, Brüsseldə erməniyönümlü siyasətə üstünlük verənlərin bütün oyunlarının pozulması demək idi və nəticədə AB-nin yeni administrasiyasında onlar üçün yer olmadı. Çünki regionda ayırıcı xətlər üzərindən siyasət aparmaq və Azərbaycan kimi həlledici gücü nəzərə almamaq AB-nin geosiyasi mövqelərini zəiflədir.

Bu ilin başlanğıcından etibarən AB-nin Azərbaycana qarşı ədalətsiz yanaşmadan imtina etməsi, Brüssel-Bakı xəttində münasibətlərinin normallaşma istiqamətində addımların atılması müşahidə edilir. Yanvar ayında Avropa Birliyi Şurasının Prezidenti Antonio Koşta Prezident İlham Əliyevə zəng etdi. Telefon söhbətində ikitərəfli münasibətlər, o cümlədən, AB və Azərbaycan arasında nəqliyyat, Orta dəhliz marşrutu və Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu müzakirə edilib.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın aprel ayında Azərbaycana səfəri və Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi də Bakı-Brüssel xəttində əvvəlki administrasiyanın zamanında süni şəkildə yaradılmış problemlərin həlli baxımından önəmli idi.

Son proseslər fonunda Brüsseldə Bakının əhəmiyyətini anladıqları görünür: Azərbaycanla münasibətlər Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, o cümlədən, AB-nin Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq siyasətində həlledici faktordur. Və Bakıya qarşı haqsız mövqedən qaynaqlanan soyuq münasibətlər Avropa üçün təkcə enerji təhlükəsizliyinə risklər yaratmır, həm də Brüsselin Avrasiyada mövqelərini zəiflədir.

AB-nin yeni administrasiyasının Azərbaycanla münasibətlərdəki problemləri aradan qaldırmaq istiqamətində atdığı addımlar da bundan qaynaqlanır. Prezident İlham Əliyevin Albaniyanın paytaxtı Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı isə Azərbaycan-AB xəttində siyasi münasibətlərin tamamilə bərpa olunduğu və normal məcraya qayıtdığı deməkdir. Azərbaycan liderinin Tiranada yüksək səviyyədə qarşılanması, keçirdiyi ikitərəfli görüşlər və kulislərdə diqqət mərkəzində olması da bu kontekstdə diqqətəlayiq idi.

Prezident İlham Əliyevin Avropa Birliyi Şurasının Prezidenti Antonio Koşta ilə görüşündə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen də iştirak edirdi. Görüşdə Antonio Koşta və Ursula Fon der Leyen Azərbaycanın Avropa Birliyinin vacib və etibarlı tərəfdaşı olduğunu bildirdi, xüsusilə Avropanın enerji ehtiyacının ödənilməsində göstərdiyi dəstəyi yüksək qiymətləndirdi. Bununla yanaşı, Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələrdə və Orta dəhlizdə oynadığı aparıcı rola diqqət çəkildi.

Ümumilikdə Azərbaycanın AB üçün etibarlı tətərfdaş olduğu vurğulandı. Prezident İlham Əliyevlə görüşdə Antonio Koşta və Ursula Fon der Leyen birlikdə iştirak etməsi Azərbaycana verilən əhəmiyyətin real nümunəsi idi.

Zirvə toplantısının kulis təmaslarında Azərbaycan liderinin diqqət mərkəzində olması və müxtəlif ölkə liderlərinin onunla görüşə xüsusi maraq göstərməsi, hətta Fransa prezidenti Emanuel Makronun Prezident İlham Əliyevlə münasibətləri bərpa etmək cəhdləri Azərbaycanın Avropadakı yerinin və nüfuzunun göstəricisi idi.

Bütün bunlar Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın oyundəyişdirici rolunun güclənməsinin, həmçinin, dövlət başçısının milli maraqların müdafiəsində sərgilədiyi qətiyyətli mövqeyinin nəticəsidir. Bu gün Azərbaycan Uzaq Şərqdən (Çin) Uzaq Qərbə (Amerika Birləşmiş Ştatları) uzanan coğrafiyada həlledici oyunçu və etibarlı tərəfdaş kimi qəbul edilən ölkədir. Qlobal siyasətin aktiv oyunçuları Azərbaycan kimi orta güc faktorunu nəzərə almamağın yanlış gediş olduğunu anlayır, buna görə rəsmi Bakı ilə münasibətlərə xüsusilə diqqət yetirirlər. Avropa Birliyinin əvvəlki rəhbərliyi dövründə buraxılmış səhvlərin yeni administrasiya tərəfindən düzəldilməsi – Azərbaycanla münasibətlərin bərpa edilməsi və yeni mərhələnin başlanması da ölkəmizin geosiyasi əhəmiyyətindən, həm də Prezident İlham Əliyevin uğurlu stratregiyasından irəli gəlir.

Tarix
2025.05.17 / 20:07
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Zəngəzur layihəsini 3-4 il ərzində reallaşdıracağıq - Uraloğlu

Kəlbəcərli Ayan ABŞ-da təsirli çıxışı ilə yadda qaldı - Video

Sahibə Qafarova Vatikanda

Azərbaycan Ordusunda psixoloqlarla görüş keçirildi

Azərbaycan XİN Norveçi təbrik etdi

İrəvan və Bakı arasında sülh müqaviləsi... – Arakçı

Ədalət Partiyasının yeni sədri seçildi

Bu, İlham Əliyevin yüksələn nüfuzunun göstəricisidir

İlham Əliyev qazaxıstanlı həmkarına zəng etdi

Yeniyetmə bu “stili” ilə “məni sevin” deyirsə… - Psixoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla