Yuxarı

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıqlama verib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, M.Şıxlinski saxlanılarkən atasının yanında olduğunu deyib.

“Həbsdən öncə bir neçə gün tünd rəngli maşın bizi izləyirdi. Atamla “Baku Plaza”ya tərəf gedəndə yolumuzu kəsib, şüşələri sındırmağa başladılar. Əvvəlcə bunun hücum olduğunu düşündüm, qorxdum və geri çəkildim. Sonra bizi maşından çıxartdılar. İkimizin də vəkil olduğumuzu izah etməyə çalışdım və saxlanılmağımızın səbəbini soruşdum. Mənə dedilər ki, sus. 3-4 dəqiqədən sonra məni buraxdılar və atamı Sverdlovsk vilayətinin İstintaq Komitəsinə apardılar. Onu şahid qismində cəlb ediblər, əvvəllər bu işdə şahid qismində ifadə verib və onun statusu dəyişməyib. Mən başa düşə bilmirəm ki, onlar hansı əsasla şahidi Rusiya Federasiyasının İstintaq Komitəsinə bu şəkildə aparmaq qərarına gəliblər. Hesab edirəm ki, bu, vəzifə səlahiyyətlərindən sui-istifadədir, bizə qarşı qanunsuz hərəkətlərdir", - o bildirib.

M.Şıxlinski onu da qeyd edib ki, saxlanılarkən atasına hansı işgənclərin verilməsindən xəbərsizdir: “Mən ayağımdan yüngül xəsarət almışam".

Bildirilir ki, Şahin Şıxlinski iyunun 27-də həbs edilən Səfərov qardaşlarına qarşı cinayət işi üzrə şahid qismində ifadə verib.

Qeyd edək ki, Uraldakı diasporun lideri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski, o cümlədən sahibkar Yusif Xəlilov, “Lukoyl” şirkətlər qrupunun Uraldakı istehsalat birliyinin rəhbəri Əhməd Hacıyev Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən vəhşicəsinə saxlanılıb.

Tarix
2025.07.01 / 22:54
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla