Yuxarı

Şirkət direktoru həbsdə öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şirkət direktoru həbsdə öldü

Bakıda ev satmaq adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə ittiham olunan "Avro Qrand" MMC-nin keçmiş direktoru Xanlar Cəfərov həbsdə vəfat edib.

Axar.az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən məhkəməyə göndərilmiş sənəddə bildirilib.

Sənəddə qeyd edilib ki, Xanlar Cəfərov bu il yanvarın 1-də müalicə olunduğu tibb müəssissində vəfat edib.

Qeyd edək ki, Xanlar Cəfərov “Avro Qrand” MMC-nin 2014-cü ildən 2019-cu ilədək direktoru vəzifəsində işləyib. O, ötən ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl isə 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə ona 9 illik həbs cəzası verilib.

Tarix
2026.01.07 / 17:27
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla