Yuxarı

ABŞ beynəlxalq hüququ məhv etdi: Hamı başlayacaq...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ beynəlxalq hüququ məhv etdi: Hamı başlayacaq...

Bir dövlətin digər dövlətin ərazisinə hərbi müdaxiləsi BMT Nizamnaməsinin 2-ci maddəsinə ziddir, beynəlxalq prinsiplərin pozulmasıdır. Hətta digər ölkənin ərazisini, suverenliyini hədələmək belə qeyd etdiyim maddəyə ziddir.

Bu sözləri hüquqşünas Əkrəm Həsənov Axar.az-a açıqlamasında ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirməsi barədə danışarkən deyib.

Onun sözlərinə görə, ABŞ-ın müharibə elan etmədən, özünə qarşı heç bir qanunsuz hərəkət olmadan Venesuelanın ərazisini bombalaması, prezidentini oğurlaması açıq qanun pozuntusudur:

“Deyir, narkobizneslə məşğuldur. Onda istənilən əməldə ittiham edərək istənilən dövlətin ərazisinə qəsd etmək olar? Əlbəttə ki, yox. Diplomatik immuniteti olan dövlət başçısını oğurlamaq terror aktıdır. Başqa adı yoxdur. Biz burada Nikolas Maduronun necə rəhbər olması, necə seçilməsi məsələlərinə qarışmırıq. Bu, Venesuela xalqının daxili işidir. Heç kim qarışa bilməz”.

Hüquqşünas Yer üzündə monarxiya rejimində ölkələr olduğunu xatırladır:

“Elə ABŞ-ın dostu olan Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, BƏƏ və s. Onlarda da heç də demokratik rejim deyil. Onda bu ölkələrə qarşı da bu cür akt həyata keçirilməlidir?

Dünyanın bir nömrəli ölkəsi - ABŞ faktiki olaraq beynəlxalq hüququn bütün prinsiplərini pozdu. Prezidentimiz İlham Əliyev də dünən yerli mediaya müsahibəsində dedi ki, artıq beynəlxalq hüquq yoxdur”.

Həsənov hesab edir ki, bu cür addımlar dünyanı daha təhlükəli edir:

“Artıq heç kim özünü təhlükəsiz hiss etməyəcək. Ciddi hərbi mübarizə başlayacaq, silahlanma artacaq. İqtisadi inkişafa yönəlməli olan vəsaitlər hərbi potensiala xərclənəcək. Kiçik və orta dövlətlər müttəfiq axtarışına çıxacaq. Hamı deyəcək ki, ABŞ edirsə, mən niyə etməyim?”

Tarix
2026.01.07 / 08:00
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla