Yuxarı

Rusiya-Azərbaycan gərginliyi… - BMT-dən açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya-Azərbaycan gərginliyi… - BMT-dən açıqlama

BMT Azərbaycan və Rusiya arasındakı gərginlikdən tam xəbərdardır.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Report-a BMT Baş katibinin sözçüsü Stefan Düjarrik deyib.

Hadisə ilə bağlı BMT-nin hələlik niyə heç bir rəsmi qınama və Rusiya tərəfindən açıqlama tələb etməməsi ilə bağlı suala cavab olaraq sözçü baş verənlərdən xəbərdar olduğunu bildirib:

“Azərbaycan ilə Rusiya Federasiyası arasında, xüsusilə sizin istinad etdiyiniz hadisə də daxil olmaqla, bir sıra insidentlər səbəbindən yaranmış gərginliklərdən tam xəbərdarıq. Hər iki ölkədə baş verən insidentləri yaxından izləyirik. Ümid edirik ki, bu məsələlərin hamısı diplomatik kanallar vasitəsilə həll olunacaq”.

O, hadisənin təfərrüatları və BMT-nin bu məsələ ilə bağlı Rusiyaya rəsmi müraciət edib-etmədiyi barədə əlavə məlumat verməyib.

Qeyd edək ki, iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən iki azərbaycanlı mülki şəxs Ziyəddin və Hüseyn Səfərovun işgəncə ilə öldürüldüyü bildirilir. Onlar tanınmış azərbaycanlı jurnalist Seyfəddin Hüseynlinin qardaşları idi. Həmin gün bir neçə nəfər ağır xəsarət alıb, doqquz nəfər isə saxlanılıb.

Tarix
2025.07.01 / 21:16
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla