Yuxarı

Jerar Depardyeyə hökm oxundu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jerar Depardyeyə hökm oxundu

Paris məhkəməsi məşhur fransız aktyoru Jerar Depardyeni 2021-ci ildə film çəkilişləri zamanı baş vermiş təcavüz hadisəsi ilə bağlı təqsirli bilib.

Kult.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Məşhur aktyor 18 ay şərti həbs cəzasına məhkum edilib.

Məhkəmədə sübut olunub ki, 2021-ci ildə “Yaşıl darvazalar” filminin çəkilişləri zamanı Depardye 54 yaşlı dekorator qadına və 34 yaşlı rejissor assistentinə qarşı seksual xarakterli hərəkətlər edib.

Prokurorluq aktyora 20 min avro məbləğində cərimə kəsilməsini də tələb edib.

Depardye ittihamları rədd edib.

Qeyd edək ki, Fransada Depardye bir neçə məhkəmə istintaqının obyektidir. O, aktrisa Şarlotta Arnoya qarşı seksual təcavüzdə şübhəli bilinərək istintaqa cəlb olunub. Bundan əlavə, 2024-cü ilin fevralından etibarən o, “ağırlaşdırıcı hallar fonunda vergi fırıldağı və çirkli pulların yuyulması” ilə bağlı istintaqa cəlb olunub.

Tarix
2025.05.13 / 14:16
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla