Yuxarı

5 milyona müharibəyə gedirlər: Putin dayanmayacaq!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
5 milyona müharibəyə gedirlər: Putin dayanmayacaq!

Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda keçirdiyi görüşün yekunu yalnız bir məsələ ilə nəticələndi – iki minə yaxın hərbi əsir evlərinə qayıdacaq. Lakin “əlaqələrin davam etdirilməsi barədə razılaşma” heç kimi heç nəyə məcbur etmir və bu bəyanat, ilk növbədə, Ağ Evə ünvanlanıb.

Axar.az xəbər verir ki, bunu “Doyç Velle”nin şərhçisi Konstantin Egert bildirib.

Onun sözlərinə görə, Ukrayna üçün ABŞ-la normal münasibətləri qoruyub saxlamaq çox vacibdir ki, yardımlar, xüsusilə də hərbi yardımlar dayandırılmasın.

“Rusiya rəhbərliyi üçün isə Ukrayna ilə əməkdaşlığa hazır olduğu illüziyasını yaratmaq və hansısa abstrakt sülhü müzakirə etmək vacibdir. Əks halda Kreml Ağ Evin Rusiyayla əməkdaşlığın mənasız olduğuna qərar verəcəyindən və yeni, daha ağrılı sanksiyalar tətbiq edə biləcəyindən qorxur.

Putini yalnız onun rejiminin sabitliyinə təhdid və hakimiyyəti itirmək perspektivi dayandıra bilər. Hazırda bu perspektiv görünmür. Hələ ki, 5 milyon rubl qarşılığında müharibəyə getmək istəyənlər kifayət qədərdir”, - Egert vurğulayıb.

Tarix
2025.05.18 / 10:20
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla