7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu
17:06
| Ana səhifə Planet |
|
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında 7 avqustda imzalanan Məkkə Birgə Müdafiə Sazişi Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
“Tərəflərdən birinə silahlı hücumun hər üçünə hücum hesab ediləcəyini nəzərdə tutan saziş Məclis tərəfindən qanunvericilik yolu ilə təsdiqləndikdən sonra qüvvəyə minə bilər.
Türkiyə Milli Müdafiə Nazirliyi əvvəllər bildirmişdi ki, Səudiyyə Ərəbistanına potensial hərbi töhfə üçün Türkiyə Böyük Millət Məclisinin təsdiqi və Türk Silahlı Qüvvələrinin (TSQ) xaricə göndərilməsinə icazə lazımdır”, - məlumatda bildirilib.
|
Tarix
2026.10.20 / 16:11
|
Müəllif
Sevgi İsmayılbəyli
|