Yuxarı

Prezident Administrasiyası məxfi tapşırıq verdi - Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qısa müddətdə Rayon İcra Hakimiyyəti başçılarının humanitar məsələlər üzrə müavinlərinin qadın mütəxəssis olması barədə Prezident Administrasiyasından tapşırıq verilib".

"Axar.az"ı bu barədə bilgiləndirən mənbənin sözlərinə görə, qadın mütəxəsisin göstəriciləri də nəzərdə tutulub: gənc, ailəli, intellektli və ictimaiyyət arasında savadı, əxlaqı ilə tanınan ziyalı, adı heç vaxt hər hansı korrupsiya və ya rüşvət məsələsində hallanmayan, təmiz imicli kadr olmalıdır.

İcra strukturunda çalışan və adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, rayon icra hakimiyyətlərində artıq bununla bağlı araşdırmalara başlanılıb: "Doğrusu, Administrasiyanın göstərişində başçının humanitar məsələlər üzrə müavin vəzifəsinə nəzərdə tutulan gənc qadın kadrların parametrləri çox yüksəkdir; nəzərə alın ki, bu keyfiyyətlərlə bərabər, gənc kadr həm də siyasi baxımdan səbatlı, əqidəli və işgüzar olmalıdır. Ona görə də xüsusilə bölgələrdə bu parametrlərə uyğun seçim imkanları o qədər də geniş deyil. Ancaq təkliflər hazırlanır və Prezident Administrasiyasına təqdim edilir. Təyinat isə rəhbərliyin səlahiyyətindədir, qərarı da onlar verəcək".

Xatırladaq ki, artıq dekabr ayında Binəqədi və Sabunçu rayon icra başçılarına gənc qadın mütəxəsislər müavin təyin ediliblər.

Tarix
2014.01.07 / 11:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla