Yuxarı

Kanada sözünü tutdu: “Mühacir əməliyyatı” başlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 1-dən gündə 900 mühacir Kanadanın Toronto və Monreal aeroportuna gəlməyə başlayacaq.

Axar.az xəbər verir ki, BMT-yə aid təşkilatlar, Kanada Sərhəd Təhlükəsizliyi Agentliyi və Kanada Gizli Xidməti vasitəsi ilə şəxsi məlumatları alınan mühacirlərdən hər həftə 6300-ü Kanadaya gətiriləcək.

Beləcə, Kanada Baş naziri Castin Tryudonun seçki kampaniyası vaxtı verdiyi sözə əməl olunaraq yeni ilə qədər 25000 suriyalı mühacirin Kanadaya qəbulu hədəflənir. Kanada hökumətinin "Suriyalı mühacir əməliyyatı" adını verdiyi transferi Livan, İordaniya və Türkiyədən həyata keçiriləcək.

Kanadaya hərbi və sərnişin təyyarələri ilə daşınacaq mühacirlər birinci mərhələdə hərbi bazalara yerləşdiriləcəklər. Burada səhiyyə idarəsi tərəfindən yoxlanılandan sonra onlara yaşayış hüququ veriləcək. Hökumət işçiləri əməliyyatların sürətlə başa çatması üçün rəsmi tətil günləri, həftəsonları və iş saatlarından sonra da işləyəcəklər.

Federal hökumət 25000 suriyalı mühacir üçün qarşıdakı 6 il boyu 1.2 milyard dollar xərcləyəcəyini açıqlayıb.

Tarix
2015.11.21 / 17:25
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla