Yuxarı

Edamı konfliktə səbəb olan şiə alim kimdir? – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

O, 1958-ci ildə Ərəbistanın şərqindəki Əl-Qətif şəhərində dünyaya gəlib. Atası Şeyx Məhəmməd ibn Nasir Əli Nimr, babası Əli ibn Nasir Əli Nimr Səudiyyə Ərəbistanının Əhli-beyt alimlərindən olublar.

Axar.az xəbər verir ki, söhbət Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən edam olunan nüfuzlu şiə alimi Nimr Baqir ən-Nimrdən gedir.

Hazırda dünya şeyx Nimrin edamından danışır, bu hökmə görə İranla Səudiyyə arasında münasibətlər gərginləşib, şiə cameəsi onun öldürülməsini pisləyir.

Bəs kimdir bu şiə dini xadimi?

Nimr dini təhsilini Suriyada alıb. Sonra Həzrəti Qaim mədrəsəsinin rəhbəri vəzifəsini icra edib. Ərəbistana qayıtdıqdan sonra Avamiyyə şəhərində İmam Qaim elm mərkəzini qurub. 2001-ci ildə isə İslam Mərkəzini təsis edib.

Əvvəllər də dəfələrlə Səudiyyə rejimi tərəfindən həbs olunub və işgəncələrə məruz qalıb. O, şiələrə ikinci sinif vətəndaş rəftarına qarşı çağırışına görə həbs olunmuşdu.

Digər səbəb isə Bəqi qəbirisitanlığının vəziyyətinin ürəkağrıdan olmasını dilə gətirməsi və dövlətin bura daha çox əhəmiyyət verməsinin vacib olduğunu söyləməsi olub.

Ayətullah Nimr Səudiyyə hakimiyyətindən tələb edirdi ki, əhalinin 20 faizini təşkil edən şiələrə ikinci sinif vətəndaş kimi yanaşılmasın, onların öz dini təhsillərini Səudiyyədə almaq hüququ tanınsın, şiəlik məzhəbi rəsmi şəkildə qəbul edilsin, bu məzhəbə qulluq edənlər mətbuatda aşağılanmasın.

Nimr çıxışlarında ölkə rəhbərliyini ixtilaf üçün vəhhabi din xadimlərinə pul paylanmasına son qoymağa çağırırdı. Müxalif liderə çevrilən şiə alim kasıb zümrənin vəziyyətinin yaxşılaşdırılmasını tələb edirdi, şiələrin dövlət təşkilatlarında işləməsinə imkan yaradılmasını istəyirdi.

İrana casusluqda ittiham olunan Nimr Ərəb baharının başlandığı dövrdə doğma Əl-Qətif şəhərində etirazların önündə gedirdi. O, təqib edilərkən 4 dəfə ayağından güllə ilə vurulmuşdu. Onun Bəhreyndəki şiə gənclər arasında da güclü elektoratı vardı.

Ayətullah Nimr 2011-ci ildə etdiyi məşhur çıxışında silahı yox, sözü dəstəklədiyini bildirmişdi: "Söz silahdan güclüdür. Çünki hökumət rəsmiləri silahlı müharibədən faydalanacaqlar. Doğulduğum gündən bu ölkədə təhlükəsizliyimə təminat olmayıb. Hər zaman təhdid altındayıq. Mən həbs ediləndə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri dedi ki, şiələrin hamısı ölməlidir. Onların məntiqi budur".

Onun sözügedən məşhur çıxışını təqdim edirik:

Tarix
2016.01.05 / 15:53
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla