Yuxarı

İlhamə Quliyevanın mirasına həbs qoyuldu

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevral ayının 25-də dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın mirasına həbs qoyulub.

Xalq artistinin qohumu, tanınmış müğənni Əli Mirəliyev ANS-ə bu barədə açıqlama verib.

İfaçı qeyd edib ki, hüquq-mühafizə orqanları İlhamə Quliyevanın oğlu Orxan Nadirovdan tələb ediblər ki, mərhuməyə məxsus mənzilin açarlarını təhvil versin və maşını avtodayanacağa qoysun. İ.Quliyevanın bahalı əşyalarını saxladığı seyf isə blomblanıb.

"Orxan ancaq İlhamənin malından, şöhrətindən, adından istifadə edib".

"Mən axı demişdim İlhamə Quliyevanın mirası kimsəsizlərə qalacaq. Onun mirasına həbs qoyulub. Orxan kimdir ki? İlhamə Quliyevanın ən etibar etdiyi, sevdiyi insan birincisi dayısı oğlu Eldar İsmayılov idi, sonra mən və mənim qızım Samirə. Nə olsun ki, xalasının nəvəsini saxlayıb? Orxan böyüyəndən sonra oğul kimi özünü təsdiqləyə bilməyib. Orxan ancaq İlhamənin malından, adından istifadə edib".

Xalq artisitinin miras davası demək olar ki, o, dünyasını dəyişən gündən başlayıb. Bir neçə gün öncə Ə.Mirəliyev ifaçının mirasının onun bacılarına çatmalı olduğunu demişdi.

"İndi isə Orxan deyir, miras mənə qalmalıdır. Niyə axı? Əgər sənin anandırsa, niyə yanında olmamısan? Necə olur İlhamə öləndən sonra onun maşınının açarını götürüb sürürsən? Niyə evinin açarlarını dəyişirsən? Orxanın o evə gediş-gəlişi olmayıb. Belə olmaz axı! Onun ata-bir bacıları var. Birinin adı İradə, digərininki isə Gülbahardır. Mən onun dayısının kürəkəniyəm, miras lazım deyil".

Qeyd ki, məsələ ilə bağlı xalq artistinin oğlu Orxan Nadirov da açıqlama verib. O, hazırda bu məsələ ilə maraqlanmadığını və yas saxladığını demişdi.

Xatırladaq ki, İlhamə Quliyeva 25 fevral səhər saatlarında vəfat edib. Ailəsi təcili tibbi yardım xidmətini çağırsa da, həkimlər onu xilas edə bilməyiblər. İfaçı həkim müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.

Ə.Mirəliyevin qızı Samirənin verdiyi məlumata görə, xalq artistinin vəziyyəti uzun müddətdir ki, ağır idi.

Tarix
2016.03.05 / 12:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla