Yuxarı

Bu ölkəyə hava şarları ilə internet veriləcək

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quql (Google) internet şirkəti Şri-Lanka sakinlərini hava şarları vasitəsilə yüksəksürətli internetlə təmin edəcək.

Axar.az xəbər verir ki, şəbəkəyə giriş Hind okeanı üzərində buraxılan hava şarları ilə həyata keçiriləcək. Bütün Şri-Lanka adası cənubdan şimala doğru "Google Loon" metodikasının köməyi ilə yüksəksürətli internetlə təmin ediləcək. Bununla Şri-Lanka Cənubi Asiyanın internetlə tam əhatə olunan ilk ölkəsi olacaq.

Hava şarlarına həmçinin yerli internet provayderləri qoşulacaq ki, bu da onlar tərəfindən təqdim edilən rabitə xidmətlərinin sürətini və keyfiyyətini artıracaq.

2016-cı ilin martında hazır olacaq aerostatlar kommersiya təyyarələrinin uçuş səviyyəsini iki dəfə üstələyən yüksəkliyə qaldırılacaq. Şri-Lanka sakinlərinin internet çıxışı ilə təmin edilməsi "Project Loon" proqramının tərkib hissəsidir. Proqram çərçivəsində "Google" günəş batareyalarından qidalanan yüksək texnologiyalı avadanlıqla təchiz edilmiş aerostatlar vasitəsilə internetin paylanmasını həyata keçirir.

Şirkət nümayəndələrinin sözlərinə görə, layihə Yer kürəsinin ucqar və ya yoxsul regionlarının sakinlərini internetdən yararlanmaq imkanı ilə təmin edəcək. İnternetin sürəti üçüncü nəsil mobil şəbəkələrində olduğu kimi olacaq.

Bu layihəsinin sınaqları 2013-cü ildə Yeni Zelandiyada keçirilib. "Google" Kenterberi regionunda yerli sakinlərdən olan 50 könüllünü internetlə təmin edən 30 şar buraxıb.

Tarix
2015.08.01 / 01:51
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla