Yuxarı

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edib.

Axar.az xəbər verir ki, Selvin Çarlz Hart BMT-nin Baş katibi Antonio Quterreşin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Antonio Quterreşə çatdırmağı xahiş edib.

Qonaq BMT-nin Baş katibinin Azərbaycanda keçiriləcək COP29 tədbirində iştirak etmək niyyətində olduğunu bildirib.

Azərbaycan Prezidenti BMT Baş katibini COP29-da görməkdən məmnun olacağını deyib.

Dövlət başçısı vurğulayıb ki, COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir. Azərbaycan beynəlxalq ictimaiyyətlə və təsisatlarla COP29-un substantiv məsələləri üzrə danışıqlar və məsləhətləşmələr aparır.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın məqsədi dünya ölkələri arasında iqlim dəyişmələri mövzusunda həmrəyliyin və birgə fəaliyyətin gücləndirilməsidir. Bütün dünya ölkələri, o cümlədən Azərbaycan iqlim dəyişmələrinin mənfi təsirlərinə və fəsadlarına məruz qalıb. Belə ki, artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub, yağıntının miqdarı əhəmiyyətli dərəcədə azalıb. Bu il yağıntının miqdarının artması prosesi baş versə də, bütövlükdə Azərbaycan bundan əziyyət çəkir.

Azərbaycan Prezidenti vurğulayıb ki, Xəzər dənizinin suyunun çəkilməsi prosesi müşahidə olunur və bu da ciddi narahatlıq doğuran məqamdır.

Dövlət başçısı bildirib ki, Azərbaycan müsbət nümunəsi və yaşıl gündəliyi ilə iqlim dəyişmələri proseslərinə və iqlim fəaliyyətinə öz töhfəsini verir. Belə ki, neft və qaz ixrac edən Azərbaycan bu sahədə əldə olunmuş gəlirləri ölkənin inkişafına sərf etməklə uğurlu inkişaf modeli nümayiş etdirir. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda yaşıl keçid qarşıya hədəf kimi qoyulub və ölkəmizdə beynəlxalq tərəfdaşların da iştirakı ilə ciddi yaşıl enerji ixrac potensialı yaradılır.

Prezident İlham Əliyev qeyd edib ki, bu günlərdə Azərbaycan, Özbəkistan və Qazaxıstanın Energetika və İqtisadiyyat nazirliklərinin birgə iştirakı ilə Mərkəzi Asiyanın bərpaolunan enerji resurslarının Xəzərin dibi ilə Azərbaycana ötürülməsi və buradan da Avropaya ixrac edilməsi barədə yeni layihənin əsası qoyulub.

Qonaq vurğulayıb ki, COP29 prosesində Azərbaycana zəruri dəstək vermək üçün BMT ailəsi Baş katib tərəfindən səfərbər edilib və xüsusi işçi qrup yaradılıb. Bu yaxınlarda BMT-nin İnkişaf Proqramının (UNDP) nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini deyən Selvin Çarlz Hart ölkənin təbii resurslardan əldə etdiyi gəlirləri effektiv şəkildə idarə etməsinin və sosial-iqtisadi inkişafa sərf etməsinin uğurlu nümunə olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan eyni zamanda bu sahədə əldə etdiyi gəlirləri yaşıl enerji gündəliyinə də sərf edərək çox mühüm nümunə yaradır. Qonaq bu prosesdə BMT-nin Azərbaycana dəstəyini bir daha ifadə edib.

Tarix
2024.05.02 / 14:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan delimitasiya prosesinin təfərrüatını açıqladı

Tatoyan təsdiqlədi: Ermənistana “keçən” 25 hektar ərazi…

XİN rəsmisi BƏƏ səfirini qəbul etdi

Putindən bircə gün öncə ABŞ-ın Çinə qarşı addımı…

Prezidentlər sərgilərlə tanış oldu

Əliyev artıq bütün Qafqaza cavabdehdir - Lukaşenko

Dünyada vəziyyət sürətlə mənfiyə doğru dəyişir - Prezident

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Ankara-Bakı-Tiflis əməkdaşlığı çox vacibdir - Kobaxidze

Bu, Bakı və İrəvan arasında tarixi fürsətdir - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla