Yuxarı

Baş Qərargah rəisi istintaqa danışdı – Şok dialoq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə baş verən uğursuz hərbi çevriliş cəhdi zamanı girov götürülən Baş Qərargah rəisi Hulusi Akar istintaqa ifadəsində general Məhməd Dişli ilə aralarında olan dialoqu danışıb.

Axar.az xəbər verir ki, Baş Qərargah rəisi M.Dişlinin üsyan zamanı özünü çox sakit apardığına diqqət çəkib:

"Məhməd Dişli yanımda oturub həyəcanlı, mənə tanış gələn və alışdığım tondan fərqli bir şəkildə "komandirim, əməliyyat başlayır, az sonra görəcəksiniz. Hər kəsi götürəcəyik, taborlar, briqadalar yola çıxıb", - dedi. Öncə başa düşmədim. Ola bilsin ki, cümlə içində təyyarə sözünü işlədib. Ancaq bunun bir etiraz olaraq ifadə edə biləcəyim bir əməliyyat olduğunu anladım və hiddətlə "Sən nə danışırsan, nə əməliyyat, sən manyaksanmı, əsla" deyərək bağırdım.

Arxam qapıya tərəf olduğu üçün qapının açıq olub-olmadığını görə bilmədim. Müavinimin və digər komandanların harada olduğunu soruşdum. O isə "həyəcanlanmayın, rahat olun, gələcəklər", - dedi.

"Mənim sənlə, başqası ilə, bu cür işlərin içində olan adamlarla əlaqəm ola bilməz. Bu nə tərzdir mənimlə danışırsan, bunlar kimdir, siz kimsiniz", - suallarını tez-tez verirdim. Onun bu halına çox əsəbiləşmişdim. Nəticə olaraq getdikləri yolun səhv olduğunu, böyük bir bataqlığa düşdüklərini, bunun cəzasını çəkəcəklərini, heç olmasa, kişilik göstərib başqalarını bu işə bulaşdırmadan və ölüm olmadan bu işi sona çatdırmalarını istədim. Ancaq yola gətirə bilmədim. O mənim hiddətlə danışığıma rəğmən, özünü çox sakit aparırdı".

Hulusi Akar general Hakan Evrimin onu Gülənlə görüşdürmək istədiyini də sözlərinə əlavə edib.

Tarix
2016.07.25 / 14:43
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla