Yuxarı

İşləyənlərin hesabına işsizlərin müalicəsi dövrü bitir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İşləyənlərin hesabına işsizlərin müalicəsi dövrü bitir?

2026-cı ildə İcbari Tibbi Sığorta Fondunun (İTSF) büdcə xərclərinin 2 milyard 621,5 milyon manat olması proqnozlaşdırılır. Bu isə 2025-ci illə müqayisədə 10,9% az hesab olunur. Yeni dəyişikliyin tətbiqinin vətəndaşlara necə təsir edəcəyi isə bəzi suallara səbəb olub.

Məsələ ilə bağlı Axar.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, İcbari Tibbi Sığortanın azaldılmasının səbəbi dövlətin bəzi subsidiyalardan imtina etməsidir.

“Hazırda işsiz insanlara, təqaüdçülərə və uşaqlara subsidiya verilir. İndi ola bilər ki, bəzi işsiz insanlara verilən subsidiyalar kəsilsin. Çox güman ki, yeni qərar bununla əlaqəlidir.

Hələlik təqaüdçülər və yetkinlik yaşına çatmayanlarla bağlı belə qərarın verilə biləcəyini düşünmürəm. Çünki bu, tamamilə absurd olardı. Ancaq işsiz insanların sığorta dotasiyası, ehtimal edirəm ki, ləğv ediləcək. Əgər dəyişiklik tətbiq olunsa və başqa təkliflər olunmasa, işsiz insanlar ayda minimum əmək haqqının 48%-nə qədər, yəni 192 manat ödəniş etməli olacaqlar.

Bu təklif belədir ki, işləyən insanların ödədiyi sığorta haqqı ilə başqalarının müalicə olunması yəqin ki, hökumət tərəfindən məqbul sayılmır. Əslində bir çox ölkədə belə bir praktika var. Ancaq bunun nə qədər sosial ədalət prinsipinə uyğun olduğu təbii ki, suallar yaradır”, - o bildirib.

Tarix
2025.10.24 / 12:45
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla