Yuxarı

Ərdoğan hərbi müşavir sistemini ləğv etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 1920-ci ildə təsis olunan hərbi müşavir sistemini ləğv edib.

Axar.az xəbər verir ki, bundan sonra prezidentin hərbi müşaviri olmayacaq.

Bu vaxta qədər Türkiyə prezidentinin biri baş yavər olmaqla 5 yavəri olurdu. Prezidentin hər addımında yanında olan baş yavər dövlət başçısının avtomobilinə minə bilən yeganə şəxsdir.

Lakin dövlət çevrilişinə cəhddən sonra baş yavər Əli Yazıcı və digər dörd yavər həbs olunub.

Prezidentin digər qərarına əsasən, Ankaranın Beştəpə bölgəsində yerləşən Prezident Sarayının mühafizəsi də fərqli formada təşkil olunacaq.

Belə ki, Prezident Sarayında hava hücumundan müdafiə sistemi tətbiq olunacaq, yarana biləcək təhdidlərə qarşı anında raketlə cavab veriləcək.

Xatırladaq ki, 15 iyul dövlət çevrilişinə cəhd zamanı F-16-lar Prezident Sarayını vurmaq istəmişdi. Lakin MİT xüsusi təyinatlıları daşına bilən hava müdafiə sistemləri ilə sarayı qoruya bilmişdi.

Tarix
2016.07.26 / 13:52
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla