Yuxarı

Yeni brend - “Made in Turan” niyə təqdim edilmədi?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Made in Turan” brendi ilə bağlı təşəbbüsümüz var idi. İlk elanı Türkiyə Dövlətləri İqtisadi Forumunda verdik. Brendi rəsmi olaraq Türkiyədə keçirilən növbəti forumda təqdim edəcəyik.

Bu sözləri Axar.az-a Azərbaycan Françayzinq Assosiasiyasının İdarə Heyətinin sədri Camid Mövsümov “Made in Turan” brendi ilə bağlı məlumat verərkən bildirib.

Onun sözlərinə görə, bu brend altında bir çox məhsulların istehsalı nəzərdə tutulur:

“Ayrı-ayrılıqda türk ölkələrin öz brendləri oduğu kimi, indi “Made in Turan” adı ilə məhsullarımızı buraxmaq fikrindəyik. Fərqli məhsullar ola bilər - istər qida, istər geyim, hətta beyin məhsullaırmızı təqdim edə bilərik. Biz bu adla 7 ölkəni təmsil edəcəyik. İstəyirik dünya miqyasında tanıtımını həyata keçirək. “Turan” adından qıcıqlanmalarına gərək yoxdur, bu bizim təşəbüsümüzdür. Artıq istehsal prosesinə başlayırıq. Türkiyənin şokolad markasını Azərbaycana daşımışıq, indi onun Qarabağda müəssisəsinin açılışını planlaşdırırıq. İlk olaraq qida məhsulları ilə start vermək istəyirik. Bu ilin sonuna kimi ilk məhsulumuzu satışa çıxaratmağı düşünürük”.

O bildirib ki, bu ideyanı həyata keçirtmək üçün bəzi güzəştlərə ehtiyac var:

“Xüsusilə gömrük güzəştləri almaq istəyirik. Yəni bu marka altında olan məhsul əgər Türkiyəyə ixrac olunursa, onlar tərəfindən güzəşt olunsun. Yaxud Azərbaycan və digər türk dövlətləri tərəfindən müəyyən güzəştlər almaq üçün təkliflər hazırlamışıq”.

Qeyd edək ki, “Made in Turan” brendinin 2-3 mayda təqdim ediləcəyi anons edilmişdi.

Tarix
2024.05.03 / 15:10
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İlham Əliyev Britaniya Kralını təbrik etdi

Bayramov Fidanla da danışdı: İsrail-İran gərginliyi...

İranın nüvə obyektləri ətrafında mövcud vəziyyət... - Bayramov

Bakıdan Təbrizə aviareyslər bu tarixədək ləğv edildi – Rəsmi

Bayramov Arakçı ilə danışdı: Ərazimizdən İrana hücum...

Yaxın Şərqdən gələ biləcək yeni sunamilərə hazır idik!

Ermənistanda bu sözə qıcıqlanırlar: Zarafatla deyirəm ki…

Rusiya Azərbaycana təşəkkür etdi

Bu gecə İsrailə bu ölkə də qoşulacaq: İranı nə gözləyir?

İsrailin İran əməliyyatının adı nə məna daşıyır? - İlahiyyatçı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla