Yuxarı

“AzerGold” Daşkəsəndə uşaqlar üçün kukla tamaşası təşkil etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
“AzerGold” Daşkəsəndə uşaqlar üçün kukla tamaşası təşkil etdi

“AzerGold” QSC-nin təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səyyar kukla tamaşası təşkil olunub.

Kult.az xəbər verir ki, Daşkəsən Mədəniyyət Mərkəzində baş tutan kukla tamaşasını Gəncə Dövlət Kukla Teatrının peşəkar yaradıcı heyəti təqdim edib.

Müəllifi dramaturq Əhməd Oruc, quruluşçu rejissoru Şamil Məmmədli olan tamaşa “Zınqırovlu pişik” əsəri əsasında səhnələşdirilib.

Kukla tamaşasında uşaqlar həm əylənib, həm də dostluq, xeyirxahlıq və dürüstlük kimi vacib dəyərlərin həyatda qarşıya çıxan çətinliklərin öhdəsindən gəlməkdə nə qədər önəmli olduğunu aşılayan səhnələrlə tanış olublar. Səhnə dekorasiyası və personajların interaktiv təqdimatı uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Tamaşanı 300 nəfərə yaxın azyaşlı, o cümlədən “AzerGold” QSC və törəmə cəmiyyətləri – “Daşkəsən Dəmir Filiz” MMC, “AzerBlast” MMC-də çalışan əməkdaşların övladları izləyiblər. Sonda tamaşa personajları azyaşlılara Cəmiyyətin adından hədiyyə qutularını təqdim ediblər.

Tədbirin məqsədi uşaqların mədəni istirahətinə töhfə vermək, onların bayramını daha yadda qalan və əyləncəli etməkdir. “AzerGold” QSC-nin bu təşəbbüsü, şirkətin korporativ sosial məsuliyyət çərçivəsində icra etdiyi uşaqların fərdi inkişafına yönəlmiş maarifləndirmə layihələrinin bir hissəsidir.

Tarix
2025.06.01 / 11:54
Müəllif
Kult.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla