Yuxarı

AZAL bu istiqamətlər üzrə uçuşların sayını artırır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərnişin axınının artması ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayı ərzində bəzi daxili və beynəlxalq istiqamətlər üzrə uçuşların tezliyini artırır.

Axar.az xəbər verir ki, Bakı–Naxçıvan–Bakı marşrutu üzrə artan sərnişin tələbatını nəzərə alaraq artıq əlavə reyslər planlaşdırılıb. İyun ayında bayram günləri ilə əlaqədar uzunmüddətli istirahət dövründə bu marşrut üzrə uçuşların sayı daha da artırılacaq: bəzi günlərdə reyslərin sayı 12-yə çatacaq. Tələbatın artacağı halda əlavə reyslərin təyin olunması da mümkündür. Ümumilikdə, iyun ayı ərzində Naxçıvan istiqamətində müntəzəm və əlavə reyslər daxil olmaqla 430-dan çox uçuşun yerinə yetirilməsi nəzərdə tutulur.

Bakı–İstanbul–Bakı marşrutu üzrə əlavə reyslər 26 və 29 iyun tarixlərində yerinə yetiriləcək ki, bu da həmin günlərdə uçuşların sayını gündəlik 3-ə çatdıracaq.

Bundan əlavə, AZAL 2 iyul tarixindən etibarən Mərkəzi Asiya ölkələrinə uçuş proqramını genişləndirir. Daşkənd istiqamətinə əlavə reyslər çərşənbə axşamları, Almatıya çərşənbə günləri, Astanaya isə cümə axşamları yerinə yetiriləcək. Hər bir istiqamət üzrə həftədə 6 reys planlaşdırılıb.

AZAL sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı tövsiyə edir. Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün rəsmi sayta, aviaşirkətin mobil tətbiqinə və akkreditə olunmuş agentliklərə müraciət etmək olar.

Tarix
2025.06.14 / 18:27
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Qurtuluş Günü ilə bağlı paylaşım

Azərbaycanda Milli Qurtuluş Günüdür

Azərbaycanın sülhə nail olmaq istəyini görürük - Paşinyan

Ərdoğan İlham Əliyevə zəng etdi: İsrail müzakirəsi...

Azərbaycanın hərbi gəmiləri yola düşdü - Foto

İlham Əliyev Britaniya kralını təbrik etdi

Bayramov Fidanla da danışdı: İsrail-İran gərginliyi...

İranın nüvə obyektləri ətrafında mövcud vəziyyət... - Bayramov

Bakıdan Təbrizə aviareyslər bu tarixədək ləğv edildi – Rəsmi

Bayramov Arakçı ilə danışdı: Ərazimizdən İrana hücum...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla