Yuxarı

Bayramov Arakçı ilə danışdı: Ərazimizdən İrana hücum...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov Arakçı ilə danışdı: Ərazimizdən İrana hücum...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Arakçı arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat paylaşıb.

Telefon danışığı zamanı, İsrailin İran ərazisinə qarşı başladığı əməliyyat nəticəsində yaranmış vəziyyət müzakirə olunub.

İran İslam Respublikasının xarici işlər naziri İsrail Dövləti tərəfindən həyata keçirilmiş hücum, eləcə də İran tərəfindən atılan addımlar barədə məlumat verib.

Nazir Ceyhun Bayramov bölgədə vəziyyətin gərginləşməsindən narahatlıq ifadə edib.

İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, digər rəsmi şəxslərin və İran vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb. Nüvə obyektlərinin ətrafında mövcud vəziyyətin narahatlıq doğurduğu vurğulanıb. Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu diqqətə çatdırılıb.

Bununla yanaşı, Azərbaycan ərazisinin hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə, o cümlədən, qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanıb.

İranın hava məkanının bağlı olduğu nəzərə alınaraq, Azərbaycanın quru sərhədindən istifadə etməklə müxtəlif ölkələrin və İranın nümayəndələrinə keçid üçün şərait yaradıldığı barədə məlumat verilib.

Münaqişənin geniş bölgəyə yayılması təhlükəsini nəzərə alaraq, diplomatik səylərin bərpa edilməsinin əhəmiyyəti bir daha qeyd olunub.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2025.06.14 / 15:23
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan Ermənistana buğda və taxıl göndərildi

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

Ərdoğan Bakıdakı bu tədbirin iştirakçılarına məktub ünvanladı

Nizaminin abidəsinə qarşı hörmətsizlik... - Səfirlik

Paşinyandan Bakı və Ankara açıqlaması

Ermənistanda siyasi gərginlik təhlükəli mərhələyə daxil olub

Netanyahunun DNT nəticəsi açıqlandı: iranlı imiş - Foto

İlham Əliyev onlara müraciət ünvanladı

Zəngəzur dəhlizi mütləq inşa ediləcək - Prezident

Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla