Yuxarı

İrana zərbələr nə vaxt dayanacaq? - Politoloq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrana zərbələr nə vaxt dayanacaq? - Politoloq

Liderlər və xarici işlər nazirləri gün ərzində bir-biri ilə intensiv şəkildə telefonla danışır, İsrail-İran müharibəsini müzakirə edirlər. Əksəriyyət müharibənin dayandırılması və məsələlərin danışıqlar yolu ilə həllinin tərəfdarıdır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Şahinoğlu bildirib ki, bu yaxşı niyyətdir, ancaq danışıqlar mərhələsi geridə qalıb, müzakirələrdə nəticə olsaydı, müharibə başlamazdı:

“Rusiya-Ukrayna müharibəsi də belə başlamışdı - danışıqların, çoxsaylı müzakirələrin heç bir nəticəsi olmadı. Düyməyə basanlar nəticə əldə etməyənə qədər İrana zərbələri dayandırmayacaqlar. Qərb dövlətləri Rusiyanı Ukraynaya qarşı işğalçı müharibəni dayandırmağa vadar edə bilmədilər. İndi də Rusiya eyni vəziyyətdədir. Rusiya strateji tərəfdaşı olan İrana qarşı müharibənin dayandırılmasına çalışsa da, Vaşinqton və Təl-Əviv Kremlin çağırışlarını qulaqardına vuracaqlar”.

Politoloq qeyd edib ki, Azərbaycanda İsrail-İran müharibəsiylə bağlı müxtəlif, bir-birinə zidd fikirlər və arqumentlər səslənir:

“Bu normaldır, hamı eyni cür düşünə bilməz. İsrail-İran müharibəsinin nə ilə nəticələnəcəyini, qonşumuzdakı yanğının necə söndürüləcəyini proqnozlaşdırmaq çətindir, ortada üst-üstə düşən və kəsişən maraqlar var. Orası aydındır ki, bölgəmiz müharibədən əvvəlki durumdan fərqlənəcək”.

Tarix
2025.06.15 / 08:00
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Prezident FHN əməkdaşlarını təltif etdi

Azərbaycanla sərhəddə döyüş hazırlığı - Papikyan elan etdi

Putinlə Ərdoğanın danışığı hamını şoka saldı

Bakının bu tələbini yerinə yetirəcəyik - Poqosyan

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla