Yuxarı

Şamaxı-Piriqulu-Dəmirçi yolu buz bağladı - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şamaxı-Piriqulu-Dəmirçi yolu buz bağladı - Fotolar

Ötən gün yağan qar və gecə saatlarında müşahidə edilən şaxtalı hava şəraiti Şamaxı-Piriqulu-Dəmirçi avtomobil yolunda buzlaşmaya səbəb olub. Xüsusilə dağlıq relyefə malik ərazilərdə yolun sürüşkən olması sürücülər üçün təhlükə yaradıb.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, mövcud vəziyyətlə əlaqədar aidiyyəti üzrə yol idarəsinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Yolun buz bağlayan hissələrinə duz-qum qarışığı səpilib, buzlaşmanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb. Aparılan işlər nəticəsində avtomobil yolunun bəzi hissələrində buz qatı ərisə də, problemin tam aradan qaldırılması mümkün olmayıb.

Hazırda sərt enişli-yoxuşlu və döngəli hissələrdə, xüsusilə Piriqulu qəsəbəsindən Dəmirçi kəndinə qədər olan məsafədə yolda buzlaşma qeydə alınır. Bu səbəbdən sürücülərə ehtiyatlı olmaları, sürət həddinə riayət etmələri və qış təkərlərindən istifadə etmələri tövsiyə olunur.

Qeyd edək ki, hazırda bölgədə Günəşli hava şəraiti müşahidə olunsa da, temperatur müsbət 1 dərəcə təşkil edir. Bu da yol örtüyündə buzlaşmanın tam aradan qalxmasına mane olur.

Tarix
2025.12.15 / 13:47
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla