Yuxarı

Zaur Əliyevin məqaləsi dünyanın nüfuzlu nəşrində...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaur Əliyevin məqaləsi dünyanın nüfuzlu nəşrində...

AMEA-nın əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin Rumıniyanın Maarif Məktəbləri Beynəlxalq Liseyinin (Liceul International Maarif Schools) tələbəsi Rauf Həsənzadə ilə birlikdə beynəlxalq münasibətlər və geosiyasət sahəsində nüfuzlu jurnal olan “Revista GeoPolitica”da “Zəngəzur dəhlizi: Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” adlı məqaləsi dərc edilib.

Kult.az xəbər verir ki, dünyanın nüfuzlu siyasi xadimlərinin, diplomatiya və beynəlxalq münasibətlər sahəsində mütəxəssislərin araşdırmalarının nəşr olunduğu jurnalda işıq üzü görən məqalədə qeyd edilir ki, ən müxtəlif səviyyələrdə ciddi müzakirələrə səbəb olan Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu (TRIPP) layihəsi iştirakçı ölkələr üçün Avrasiya logistikasının transformasiyası prosesinin başlanması və Yeni İpək Yolunda əsas oyunçular olan ölkələrin rolunun əsaslı şəkildə yeni müstəviyə çıxmaları ilə səciyyələndirilir.

Layihənin ikinci hissəsi Qərbdən Tramp marşrutuna qoşularaq, onun Anadolu istiqamətində fəaliyyətini təmin etməli olan Qars-Dilucu dəmir yolu layihəsidir ki, bunun tikintisinə də artıq Türkiyə hakimiyyəti tərəfindən rəsmən start verilib.

Bu meqalayihənin Avrasiya regionunun geosiyasi arxitekturasına verəcəyi töhfələrlə yanaşı, sülh və əmin-amanlığın təminatına xidmət edəcəyi də bəllidir. Lakin buna baxmayaraq, layihənin həyata keçirilməsinin hansı geoiqtisadi və geosiyasi risklərlə üzləşə biləcəyi hələ də ciddi mübahisələr doğurmaqdadır. Məhz bu səbəbdən istər region ölkələrinin, istərsə də dünyanın bir sıra mühüm aktorlarının siyasi şərhçiləri və iqtisadi, siyasi ekspertləri müntəzəm olaraq media müstəvisində bu mövzuda müzakirələr açırlar.

Məqalə ilə bu linkdə tanış olmaq olar.

Tarix
2025.12.11 / 21:29
Müəllif
Kult.az
Digər xəbərlər

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla