Yuxarı

ABŞ nüvə generatorunu itirib: Hindistan üçün dəhşət...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ nüvə generatorunu itirib: Hindistan üçün dəhşət...

1965-ci ildə gizli əməliyyat zamanı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Himalay dağlarında radioaktiv plutonium kapsulları olan nüvə generatorunu itirib. Bu qurğu Hindistan sakinləri üçün təhlükə yarada bilər.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

“1965-ci ildə ABŞ Çinə casusluq etməyi planlaşdırıb. Bu məqsədlə Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Nanda Devi dağının zirvəsinə xüsusi müşahidə avadanlığı, o cümlədən SNAP-19C portativ nüvə generatoru quraşdırmaq üçün bir qrup alpinist göndərib. Qəfil qar fırtınasından sonra ekspedisiya düşərgəni tərk etmək və bütün avadanlıqları zirvədə qoymaq məcburiyyətində qalıb. Alpinistlər 1966-cı ildə geri qayıdanda generatoru tapa bilməyiblər.

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 1967 və 1968-ci illərdə axtarış əməliyyatları təşkil etmək üçün iki cəhd göstərsə də, uğursuz olub. SNAP-19C cihazının yeri hələ də məlum deyil”, - məlumatda qeyd olunub.

Qəzetin məlumatına görə, generatorda xərçəngə səbəb ola biləcək zəhərli maddə olan plutonium kapsulları var.

Siyasətçilər və ekoloqlar cihazın dağ çayına düşəcəyindən və yüz milyonlarla hindli üçün həyat xətti olan Qanq çayının yuxarı axarına radioaktiv material buraxacağından qorxurlar.

Tarix
2025.12.15 / 14:39
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan sabah Şuşaya gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla