Yuxarı

ASCO-da ciddi pozuntular aşkarlandı, cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ASCO-da ciddi pozuntular aşkarlandı, cərimələndi

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-də (ASCO) bir sıra nöqsanlar aşkarlanıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən keçirilən yoxlama zamanı ASCO-ya məxsus gəmilərlə təhlükəli yüklər daşındığı və həmin gəmilərin dövlət reyestrindən qeydiyyatdan keçirilmədiyi müəyyənləşib.

Bundan başqa, ASCO-nun donanmasında keçirilən yoxlama zamanı bəlli olub ki, donanmanın Zığ, Pirallahı və Qaradağ ərazisində istismarda olan hidrotexniki qurğuların (gəmilərin yanalma körpülərinin) texniki cəhətdən saz və təhlükəsiz olmasının təmin edilməsi ilə əlaqədar lazımi tədbirlər həyata keçirilməyib.

Eyni zamanda, müəssisənin balansında olan gəmilərin texniki təhlükəsizlik bəyannaməsi və ekspertizası mövcud olmayıb, hidrotexniki qurğuların istismar heyətinin ixtisas dərəcələrinin artırılması təmin edilməyib.

Yoxlama zamanı o da bəlli olub ki, kranın təhlükəsiz istismarına və texniki sazlığına cavabdeh şəxslərin təyin olunması barədə əmr yoxdur. Nöqsanlardan biri də kranda texniki şəhadətləndirmə aparılmamasıdır. Eyni zamanda, kranın istismar müddətinin bitdiyi, növbəti istismara yararlığını təyin etmək məqsədilə diaqnostik müayinədən keçirilmədiyi də yoxlama zamanı üzə çıxan nöqsanlardır.

Agentlik tərəfindən ASCO barədə İnzibati Xətalar Məcəlləsinin 276-1- ci maddəsi üzrə protokol tərtib edilərək məhkəməyə göndərilib. Səbail Rayon Məhkəməsinin qərarına əsasən, ASCO 5 min manat məbləğində cərimələnib.

Qeyd edək ki, ASCO-nun sədri Rauf Vəliyevdir.

Tarix
2025.12.15 / 13:10
Müəllif
Axar.az
Digər xəbərlər

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla