Yuxarı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında bildirib.

“COVİD-19 pandemiyası dövrü istisna olmaqla, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları iki ildən bir keçirilməkdədir. Pandemiya vaxtı müəyyən fasilə yarandı, lakin indi əvvəlki qrafikə qayıtmışıq. 2024-cü ildə keçirilən son Forumu xatırlayıram. O zaman da qlobal gündəliyin mühüm məsələlərini müzakirə etmişdik. Lakin ötən iki il ərzində bir çox məsələlərin müsbət və mənfi istiqamətlərdə necə dəyişdiyini görürük. Mənfi məqamlar sırasında yaxınlığımızda yeni müharibələrin başlanmasını qeyd etmək olar”, - dövlət başçısı qeyd edib.

Azərbaycan Prezidenti müsbət məqamlardan biri kimi Ermənistanla sülhün əldə olunmasını göstərib.

Prezident İlham Əliyev Ermənistanla sülh sazişinin ötən ilin avqustunda paraflandığını xatırladıb:

“Sazişin harada paraflanması da çox rəmzi məna daşıyır. O, Vaşinqtonda, Ağ Evdə, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə paraflanıb. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri fikir ayrılığına dair sənədi deyil, sülh sazişinin paraflanmış mətnini ABŞ Prezidentinin qarşısında imzalayıblar. Bununla yanaşı, Birgə Bəyannamə də imzalanıb. ABŞ Prezidenti həmin sənədi şahid qismində imzalayıb. Beləliklə, biz yalnız ədaləti bərpa etməklə və ərazilərimizi azad etməklə kifayətlənmədik, həm də Cənubi Qafqazda müstəqil Cənubi Qafqaz dövlətlərinin tarixində əvvəllər mövcud olmayan tamamilə yeni bir vəziyyət yaratdıq. Üstəlik, bu yeni reallığı Ağ Evdə rəsmiləşdirdik”.

Tarix
2026.10.27 / 11:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana hücumda iştirak edən Yıldırımın da ifadəsi alındı

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir - Prezident

Bakı və Dehli münasibətləri istiləşir?

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla