Yuxarı

Nazirin bu çıxışından sonra ürəyim ağrıdı...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirin bu çıxışından sonra ürəyim ağrıdı...

Mədəniyyət nazirinin son çıxışından fraqment gördüm. Ürəyim ağrıdı, inanırsız? Dedi ki, mədəniyyəti inkişaf etdirmək yalnız nazirliyin öhdəliyi deyil, mədəniyyət ortaq dəyərimizdir, onu hamınız qorumalısınız.

Düzgün söhbətdirmi? Bəli! Bizim neyləməli olduğumuzu Adil müəllim yaxşı bilir. Heyif ki, Azərbaycan mühitində nazirliyin öz öhdəliklərindən bixəbərdir.

Anlaşılandırmı? Bəli. Adil müəllim, belə demək caizsə, incəsənətdə köhnələrdən olsaydı, mədəniyyət sahəsindəki problemlərdən baş açmaq üçün gah rejissorları, gah müğənniləri, gah da yazarları yığıb sorğu-sual etməklə özünü yormazdı. Vaxtı fövtə vermədən strateji sahə olan mədəniyyətin inkişafı üçün dövlət qarşısında tələblər irəli sürərdi. Öndə gedənlərin təcrübəsindən faydalanardı.

Məsələn, Avropanın bəzi ölkələrində spirtli içki, siqaret satışından mədəniyyətin təkamülünə müəyyən faiz ayrıldığını bilirdinizmi? Bəzi ölkələrdə isə mədəniyyətə dəstək olan iş adamlarına vergi güzəştləri tətbiq edilir. O yerlərdə nazirlik təhsilə də müdaxilə edir - məktəb şagirdləri musiqini operada, ədəbiyyatı dram teatrında keçirlər. Sənət tədrisi ilə məşğul olan kolleclər, məktəblər əsl yaradıcılıq emalatxanası sayılır. İncəsənət Universiteti, Rəssamlıq Akademiyası kimi ali təhsil ocaqları isə nazirliklə eyni hədəfi nişan alırlar. Mədəniyyət Nazirliyi oralarda turizmlə də əlbir çalışır. Beynəlxalq layihələr, sərgilərlə yerli sənətkarlarığı əzablı “ölümdən” qorumaq üçün…

Adil müəllimi bircə dəfə görmüşəm. Laçın Şəhəri Günündə. Proqramı tərtib edən nazirlik əməkdaşları “Tez eləyin, bir azdan nazir gələcək”, “Bu nədir, nazir görəcək” deyə-deyə, hələ təzə-təzə nəfəs almağa başlayan Laçında bizdən o qədər şey tələb elədilər ki, axırda bezib “Gözümüz aydın ki, nazir gələcək, neyləyək, olanımız budur” cavabını verdim. Həmin an nəfəslərin necə kəsildiyini, baxışların necə dəyişdiyini təsvir etməyim, bircə bunu xatırladım ki, Adil müəllim nəhayət gəlib çıxanda ətrafa boylandı, tədbir üçün çatışmayan nə varsa, gətizdirdi, axırda da öz yerini uşaqlara, xanımlara verib ayaq üstə konsertə tamaşa elədi. Sakit, kübarca. Yəni vəziyyət əməkdaşlarının təsvir etdiyi kimi deyilmiş…

Deyilmiş…

Düzü, mən nazirdən “Azərbaycanfilm”in dirçəlişi, teatrların ayağa qalxması, festival xəritəsinin formalaşması, ənənələrin qorunması üçün dövlət qarşısında konkret müddəalar qoymasını, mədəniyyətə baxış spektrinin kökündən dəyişilməsinə nail olmasını, bu xüsusda yüksək səviyyədə qaldıracağı polemikalarda son damla qanına qədər mübarizə aparacağını gözləyirdim. Ki, o salona daxil olanda, kor, kar, laqeyd məmurların canına vahimə düşsün, “Özünüzü yığışdırın, mədəniyyət naziri gəlir. Sakit, kübar görkəminə baxmayın, çox qətiyyətli, mübariz adamdır” desinlər…

Vəziyyətsə belə deyilmiş.

Deyilmiş…

Lalə Əliyeva

Tarix
2025.12.11 / 14:20
Müəllif
Kult.az
Digər xəbərlər

İranın düşdüyü hazırkı vəziyyət... - Sabir Rüstəmxanlı

Bu gün Bakıda mühüm iclas keçiriləcək

Qazaxıstan da Azərbaycana təşəkkür etdi

ABŞ İranı bombalayan B-1-lərin görüntülərini yaydı - Video

Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi

Yaponiyanın Bakıdakı səfirliyi fəaliyyətini dayandırdı

Üzərliklə bağlı daha bir rəsmi xəbərdarlıq

Xameneinin olduğu yerin koordinatlarını kim verib?

İranda müharibə: Azərbaycan heç vaxt olmadığı qədər çalışır...

Ceyhun Bayramov İranla bağlı Səfadi ilə də danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla