Yuxarı

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində həlak olan azərbaycanlıların sayı artır. İş o yerə çatıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşan qazimiz Rusiyaya gedərək müqavilə əsasında işğalçı dövlətin ordusuna qoşulub və döyüşdə olub.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə Ermənistandan fərqi yoxdur:

“Ermənistan da işğalçı idi, Rusiya da işğalçıdır. Belə çıxır ki, işğalçıya qarşı savaşan döyüşçümüz bir başqa müharibədə işğalçıya qoşulub. Bunun vaxtilə Suriyada terrorçulara qoşularaq Azərbaycan qanunlarını pozulmasıyla heç bir fərqi yoxdur. Suriyadan geri qayıdan həmin şəxslər cinayət məsuliyyətinə cəlb olundular. Bəs Azərbaycan pasportu ilə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində iştirak edənlər necə, cinayət məsuliyyətinə cəlb olunurlarmı? Belələri cəzalandırılmırlarsa, Rusiya ordusuna qoşulan azərbaycanlıların sayı azalmayacaq. Kreml şirnikləndirici müqavilə təklifləriylə qeyri-rusları, o cümlədən azərbaycanlıları ölümə göndərməkdə davam edəcək.

Rusiya vətəndaşı olan azərbaycanlının müqavilə əsasında Ukraynaya qarşı müharibədə iştirak etməsi onun öz işidir, halbuki bu da doğru deyil. Bir də var ki, Rusiyada miqrant həyatı sürən azərbaycanlının işğalçı müharibədə iştirak etməsi. Ukrayna ordusunun əsir götürdüyü azərbaycanlılar barədə də məlumatlar artıb. Azərbaycanın müvafiq dövlət strukturları bu halların qarşısını almaq barədə düşünməlidir”.

Tarix
2025.12.14 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin təltif etdiyi Nailə İslamzadənin - Dosyesi

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla