Yuxarı

Ceki Çan Xəzər sahilində film çəkəcək

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ceki Çan Xəzər sahilində film çəkəcək

Çinli aktyor Ceki Çan və qazaxıstanlı rejissor Robert Kun “Tanrının zirehi” filminin dördüncü hissəsinin çəkilişləri üçün Qazaxıstanın Manqistau bölgəsini seçib.

Kult.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə regional administrasiya məlumat yayıb.

“Dünyaca məşhur ulduz Ceki Çan və “Tanrının zirehi: Ultimatum” filminin rejissoru Robert Kun Manqistaunu yeni böyük film layihəsi üçün əsas məkan kimi rəsmi olaraq təsdiqləyib. Səfər zamanı layihə nümayəndələri bölgənin təbii və infrastruktur imkanları ilə tanış olub, onlarla potensial məkanı ziyarət edib və əsas təbii abidələrin ətraflı yoxlanışını aparıblar. Seçim bölgənin özünəməxsus mənzərələri, geniş panoramaları və təbii gözəlliyi səbəbindən edilib”, - məlumatda bildirilib.

Bölgənin ərazisinin böyük hissəsi qəhvəyi torpaqlarda bitmiş kol bitkilərinin olduğu, yovşan-duz səhrasıdır. Manqistau Xəzər dənizi ilə həmsərhəddir.

Ceki Çan sentyabrda gələcək filmi üçün yer seçmək məqsədilə Almatıya səfər etmişdi.

Film Qazaxıstanın “Salem Entertainment” studiyası ilə birgə layihə çərçivəsində istehsal olunur.

Tarix
2025.12.12 / 15:56
Müəllif
Kult.az
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla