Yuxarı

Nobel mükafatları onlara təqdim edildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nobel mükafatları onlara təqdim edildi

Stokholmda Nobel mükafatlarının təntənəli təqdimetmə mərasimi keçirilib. Tutqun havaya baxmayaraq, zalın daxilində parlaq gecə geyimləri və gül kompozisiyaları sayəsində bayram ab-havası hökm sürüb.

Kult.az xəbər verir ki, mərasim Nobel Fondunun sədri Astrid Söderberq Viddinqin çıxışı ilə başlayıb. O, çıxışında elmin bəşəriyyətin ümumi dili olduğunu vurğulayıb.

Musiqi proqramının müşayiəti ilə keçirilən mərasim zamanı Kral XVI Karl Qustav tərəfindən laureatlara medallar və diplomlar təqdim edilib.

İlk olaraq fiziklər Con Klark, Mişel H.Devore və Con M.Martinis mükafatlandırılıblar. Daha sonra kimya, fiziologiya və ya tibb, ədəbiyyat və iqtisadiyyat üzrə laureatlar təltif olunublar. Zalda kral ailəsinin üzvləri, siyasətçilər və Nobel Fondunun nümayəndələri də daxil olmaqla təxminən 1300 qonaq iştirak edib. İlk dəfə olaraq müxtəlif məktəblərin yuxarı sinif şagirdləri də mərasimə dəvət olunublar.

Mərasimdən sonra iştirakçılar Stokholm Bələdiyyə Binasına yollanıblar. Orada onlar üçün Nobel menyusu, əyləncə proqramı və rəqslər nəzərdə tutulub.

Tarix
2025.12.11 / 00:18
Müəllif
Kult.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla