Yuxarı

Ağlayanı yerindəcə güllələyirdilər

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağlayanı yerindəcə güllələyirdilər

“Sonuncu şahidlər”... Müharibə və insan taleyi mövzusundakı əsərləri ilə məşhurlaşan Belarus yazıçısı, Nobel mükafatı laureatı Svetlana Aleksiyeviç 2-ci Dünya müharibəsinin cəhənnəmindən keçən 12-15 yaşlı uşaqları belə tanıyır və tanıtdırır.

Vera Novikova - 13 yaş:

“Gör üstündən neçə il keçib... Amma adamı yenə də dəhşət bürüyür... Yadımdadır, günəşli bir gün idi. Külək hörümçək torunu qovur. Kəndimiz, evimiz yanır. Meşədən çıxdıq. Balaca uşaqlar qışqırışırlar: “Tonqal! Tonqal! Qəşəngdir!” Yerdə qalanlar isə ağlaşırlar, anam ağlayır. Xaç çəkir.

Evimiz yanıb külə döndü... Küllükdə nə qədər eşələnsək də, bir şey tapa bilmədik. Bircə qapqara qaralmış çəngəllər, bir də soba necə vardısa, eləcə də qalmışdı. Orada yemək də vardı - his basmış fətirlər və bir də kartoflar. Anam isti tavanı əli ilə dartıb çıxararq dedi: “Uşaqlar, yeyin”. Fətirləri yemək mümkün deyildi, tamam his qoxuyurdular, amma yemək məcburiyyətində idik, axı yeməyə otdan savayı heç nəyimiz yox idi. Bircə otla torpaq salamat qalmışdı...

Gör üstündən neçə il keçib... Amma adamı yenə də dəhşət bürüyür...

Əmim qızını asdılar... Əri partizan dəstəsinin komandiri idi, özü isə hamilə... Kimsə almanlara satmışdı, onlar da gəldilər. Hamını qovub meydana yığdılar. Əmr etdilər ki, heç kim ağlamasın. Kənd sovetinin yanında hündür ağac bitmişdi, ora bir at gətirdilər. Əmim qızı kirşədə dayanıb... Uzun hörüyü var... Kəndiri boynuna keçirdilər, o da hörüyünü ilgəkdən çıxartdı. Ata qamçı vurdular, kirşə əmim qızının ayağının altından sürüşdü... Arvadlar qışqırıdılar... Amma ağlamadılar, eləcə bir ağızdan qışqırışdılar. Ağlamağa icazə vermirdilər. Nə qədər istəyirsən qışqır, amma rəhmin gəlməsin, ağlama. Gəlib ağlayanı da yerindəcə öldürürdülər. 16-17 yaşlı yeniyetmə oğlanları güllələdilər. Onlar ağlayırdılar.

Elə sütül idilər ki... Nə adaxlı idilər, nə də əsgər...

Bütün bunları sizə niyə danışdım? Xatırlayanda əvvəlkindən də çox dəhşətə gəlirəm. O günləri bu səbəbdən xatırlamıram...”

Zəruri qeyd: Erməni barbarlarının xalqımıza qarşı törətdikləri vəhşiliklər faşistlərin vəhşiliyinə bənzərdir. Adamın qanı donur. Ancaq yaddaş donmamalıdır...

Tarix
2025.12.15 / 11:58
Müəllif
Etibar Əliyev
Digər xəbərlər

Böyük yazıçımız Qarabağ və yəhudilər haqda…

Barelyefi satan nazirdən nə gözləyəsən?

Nazirə yaxşı cavab verdilər...

Əsas bəla və ya demokratik defisit

Nizami müəllim, oğurluq həmişə iz qoyur - Alimin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla