Yuxarı

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir

Elektron müraciətlərə təşkilatlar tərəfindən, müraciət edən şəxsin seçimi əsasında, elektron və ya poçt ünvanı, yaxud Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə yazılı cavab verilməklə baxılır.

Axar.az xəbər verir ki, bu, "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası"nda dəyişiklik edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin fərmanında qeyd olunub.

Bildirilir ki, elektron müraciətdə (EHİS üzərindən təqdim olunmuş müraciətlər istisna olmaqla) elektron ünvan, yaxud müraciət edən fiziki şəxsin fərdi identifikasiya nömrəsi (FİN) və ya hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) göstərilmədikdə, müraciətə poçt vasitəsilə yazılı cavab verilir.

Elektron sənəd formasında göndərilən cavab məktubu "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada tərtib edilir və rəsmiləşdirilir.

Tarix
2026.06.10 / 22:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla