Yuxarı

İlandağ yazısı deşifrə edildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlandağ yazısı deşifrə edildi

İlandağ yazısı təxminən 30 il əvvəl elm aləminə məlum olub. İlk dəfə Sovet dövründə bölgədə çalışan geoloqlar bu abidə barədə Elmlər Akademiyasına məlumat veriblər.

Kult.az xəbər verir ki, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev Report-a verdiyi müsahibədə bildirib ki, yazının öyrənilməsi üçün materiallar İtaliyaya göndərilib və burada aparılan tədqiqatlar nəticəsində mətn deşifrə edilərək oxunub.

Məlum olub ki, kitabə Naxçıvana şimal istiqamətindən yürüş edən Urartu hökmdarları ilə bağlıdır.

"Yazıda Urartu hökmdarı İşpuni və sonradan hökmdar olan oğlu Menuanın adları çəkilir. Mənbədə qeyd olunub ki, onlar Ərəzin kəndindən keçərək, həmin dövrdə Arşin adlandırılan ərazi vasitəsilə Araz çayını adlayıb Pluadi ölkəsinə gediblər. Burada tanrı Xaldinin və hökmdarın xanımının şərəfinə qurbanlar təqdim ediblər".

Alim deyib ki, Urartular Naxçıvana bir neçə istiqamətdən – həm şimaldan, həm də indiki Sədərək bölgəsi tərəfdən hücumlar təşkil ediblər:

"Həmin dövrdə ərazidə güclü tayfa ittifaqı - İtuni Konfederasiyası mövcud olub. Bu səbəbdən Urartuların yürüşləri uğursuzluqla nəticələnib və onlar cənuba doğru geri çəkilməyə məcbur olublar".

Tarix
2026.06.02 / 22:02
Müəllif
Axar.az
Digər xəbərlər

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla