Yuxarı

Azərbaycanın sülhə nail olmaq istəyini görürük - Paşinyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın sülhə nail olmaq istəyini görürük - Paşinyan

Son illər Ermənistanla Türkiyə arasında fəal dialoq qurulub. Azərbaycanın sülhə nail olmaq istəyini də görürük.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Praqada keçirilən GLOBSEC 2025 forumunda deyib.

Paşinyan vurğulayıb ki, hazırda Türkiyə və Ermənistan birbaşa təmasdadır, halbuki əvvəllər üçüncü dövlətlərin vasitəçiliyi olmadan bu mümkün deyildi:

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bir neçə görüşümüz olub və bu görüşlər konstruktiv keçib. Düzdür, hələ ki, yerlərdə nəzərəçarpacaq nəticələrimiz yoxdur, amma mühüm irəliləyiş əldə etmişik. Üç il əvvəl Ermənistan hər hansı məsələdə Türkiyənin mövqeyini aydınlaşdırmaq istəyirdisə, üçüncü ölkənin vasitəçiliyinə əl atmalı idi”.

Baş nazir ümid edir ki, bu proses diplomatik münasibətlərin qurulmasına, sərhədlərin açılmasına və iqtisadi əlaqələrin möhkəmlənməsinə gətirib çıxaracaq. Onun fikrincə, bu, zaman məsələsidir:

"Bu, həm də daha geniş regional iqtisadi gündəmlə bağlıdır. Amma qeyd etdiyim kimi, biz davamlı sülhün bərqərar olması gündəliyi ilə ardıcıl olaraq irəliləyirik. Bu, bizim borcumuzdur və buna nail olmaq əzmindəyik.

Azərbaycanın sülhə nail olmaq istəyini də görürük. Əlbəttə, bəzi nüansları nəzərə almaq lazımdır, lakin mən Ermənistanın baş naziri kimi bunu edə biləcəyimizə əminəm".

Tarix
2025.06.14 / 22:43
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən bu nazirlə bağlı sərəncam

Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...

Azərbaycanda bu 8 dövlət qurumu ləğv edildi

Solovyovun it kimi hürməsi... - Rubinyan

Bu ölkə səfirləri İran XİN-ə çağırıldı

Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı

Bakı İsraildəki bu layihəyə 270 milyon yatıra bilər

Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış

Azərbaycanlılar aksiyalara buna görə qoşulmur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla