Yuxarı

Tehran artıq qorunmur – İsrail generalı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tehran artıq qorunmur – İsrail generalı

İsrail hərbçiləri İranın qərbində və Tehran bölgəsində hava hücumundan müdafiə sistemlərini sıradan çıxararaq, İsrail Hərbi Hava Qüvvələrinə İran paytaxtının üzərində azad hərəkət imkanı yaratdılar.

Axar.az xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi, briqada generalı Effi Defrin brifinqdə deyib.

Onun sözlərinə görə, gecə saatlarında 70-dən çox İsrail qırıcısı Tehrandakı hədəflərə zərbələr endirib, İranın HHM sistemlərini sıradan çıxarıb.

“Tehrana gedən yol açıldı. Biz 40-dan çox hədəfi vurduq - bütün Tehran ərazisində raketləri və qabaqcıl hava müdafiə sistemlərini, həmçinin buraxılış qurğularını və nəzarət mərkəzlərini. Tehran artıq qorunmur. Paytaxt İsrail zərbələrinə qarşı həssasdır” - general bildirib.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Ötən gün gecə saatlarında isə İran cavab olaraq İsrailin paytaxtı Təl-Əvivi raketlərlə vurub. Toqquşmalar hələ davam etməkdədir.

Tarix
2025.06.14 / 18:06
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla