Yuxarı

İsrailin İran əməliyyatının adı nə məna daşıyır? - İlahiyyatçı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrailin İran əməliyyatının adı nə məna daşıyır? - İlahiyyatçı

Bildiyiniz kimi, 13 iyunda İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Bu məsələnin niyə başlaması, necə planlandığı və sair kimi məsələlər barədə deyil, əməliyyatın niyə məhz “Aslan nilləti” (Am Kelavi) adlandırılmasıyla əlaqəli bir neçə məqama toxunmaq istəyirəm.

Axar.az xəbər verir ki, bu sözləri ilahiyyatçı Elşad Miri İsrail-İran gərginliyi ilə bağlı qeyd edib.

“Əslində bu hərbi əməliyyatın adı ivrit dilində “Mitva Am ke-Lavi”dir. Tam mənası “Aslan kimi xalqın əməliyyatı” deməkdir. Lakin bu hərbi əməliyyat ingilis dilində “Operation Risinig Lion”, yəni “Yüksələn aslan” əməliyyatı kimi tərcümə edilib.

Bu əməliyyatın adı yəhudilərin müqəddəs kitab olaraq qəbul etdikləri Tanaxın (Tora, müsəlmanlar Tövrat, xristianlar Əhdi-Ətiq adlandırır) 4-cü kitabı olan “Saylar”dan (ba-Midbar) götürülüb. Orada belə qeyd edilir:

“Bu xalq aslan kimi qalxır, Aslan kimi pəncəsi üstdə durur. Öz şikarını yeməyincə, öldürülənlərin qanını içməyincə rahatlaşan deyil” (Tanax, Saylar, 23/24).

Bundan başqa, Tanaxda (Tövratda) 2 yerdə yəhudi xalqı aslana oxşadılır. Biri qeyd etdiyim, digəri isə yenə Tanaxın 1-ci kitabı olan Təkvində (Yaradılış = Bereşit) Yaqub peyğəmbərin 4-cü oğlu, İsrail oğullarının özlərini nisbət etdikləri Yəhuda aslana oxşadılır (Tanax, Yaradılış, 49/9).

Tövrat (Tanax) təfsirlərində aslanın ov ətini, şikarını yeməsi İsrailin düşmənlərini məhv etməsini, qanını içməsi isə onların var-dövlətlərini ələ keçirməsinin rəmzi kimi qeyd edilir. (Saadya Gaon, Təfsirut-Təurat bil-Arabiyyə = Tövrat Təfsiri, II, 1472)”, - deyə ilahiyyatçı qeyd edib.

Tarix
2025.06.14 / 11:49
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Sahil Babayevə müavin təyin edildi - Sərəncam

Azərbaycan benzinini satmaq istəməyənlər... - Paşinyan

Bakıda mühüm tədbir: İlham Əliyev çıxış etdi - Foto

Azərbaycandan yeni partiya: 80 dram ucuz... - Papoyan

Azərbaycanın xarici borcu... - Prezident

Prezident açıqladı: Ölkədə ilk dəfə bu sistem yaradılır

ABŞ “İran xalqının xilaskarı kimi” zərbə endirəcək

Hədəf İrandır, gerisayım başladı: Böyük fırtına yaxınlaşır

Pəhləvi xalqa çağırış etdi, “test” başladı: bu gün və sabah...

Əliyev bu məsələyə son qoymaq qərarına gəlib - Surenyants

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla