Yuxarı

İrandan gələn “təzə qarpız” yükündə 207 kq narkotik... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycandan tranzit keçməklə İrandan Rusiyaya aparılan “təzə qarpız” yükündə ümumi çəkisi 207 kiloqram 620 qram olan narkotik vasitə – marixuana aşkarlanıb.

Axar.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycandan tranzit keçən və İrandan Rusiyaya “təzə qarpız” daşıyan nəqliyyat vasitəsi Astara Gömrük İdarəsində gömrük baxışına cəlb olunub. Yükə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və şübhəli təsvirlər müşahidə edilib.

Daha ətraflı yoxlama zamanı kinoloji xidmət iti 16 paletə reaksiya verib. Həmin paletlərdəki qarpız yükünün altından, gömrük nəzarətindən gizlədilmiş 64 ədəd bağlamada, qablaşdırma ilə birlikdə ümumi çəkisi 207 kiloqram 620 qram olan marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2025.06.14 / 17:06
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Qurtuluş Günü ilə bağlı paylaşım

Azərbaycanda Milli Qurtuluş Günüdür

Azərbaycanın sülhə nail olmaq istəyini görürük - Paşinyan

Ərdoğan İlham Əliyevə zəng etdi: İsrail müzakirəsi...

Azərbaycanın hərbi gəmiləri yola düşdü - Foto

İlham Əliyev Britaniya kralını təbrik etdi

Bayramov Fidanla da danışdı: İsrail-İran gərginliyi...

İranın nüvə obyektləri ətrafında mövcud vəziyyət... - Bayramov

Bakıdan Təbrizə aviareyslər bu tarixədək ləğv edildi – Rəsmi

Bayramov Arakçı ilə danışdı: Ərazimizdən İrana hücum...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla