Yuxarı

İran-İsrail gərginliyi Rusiya üçün sərfəlidir - Zelenski

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran-İsrail gərginliyi Rusiya üçün sərfəlidir - Zelenski

İran və İsrail arasındakı yeni münaqişə dalğası Ukrayna üçün xüsusilə enerji və təhlükəsizlik baxımından əlavə risklər yaradır.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Ölkə başçısı vurğulayıb ki, İsrailin İrana zərbələrinin nəticələri artıq nəzərə çarpır:

“Neftin qiyməti qalxıb və bu, Rusiya üçün sərfəlidir. İxrac qiymətinə məhdudiyyət tətbiq edilməsə, Rusiya Ukraynaya qarşı müharibə aparmaq üçün istifadə oluna biləcək əlavə mənfəət əldə edəcək”.

Zelensi Yaxın Şərqdə gərginliyin artması fonunda Qərbin Ukraynaya yardımını azaltmamasını istəyib.

“Amerika ilə İsrail arasında münasibətlərə kimsə qarşı çıxmır, lakin istərdik ki, bu səbəbdən Ukraynaya dəstək azaldılmasın. Sonuncu dəfə bu məsələ yardımı ləngitmişdi. Bu isə faktdır”, - Zelenski əlavə edib.

Tarix
2025.06.14 / 16:50
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla